ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetində tələbələr “Erasmus+” təhsil proqramı barədə məlumatlandırılıb

Bakı, 17 may, AZƏRTAC 

Mayın 17-də Azərbaycan Texniki Universitetində (AzTU) ali məktəbin tələbə gənclər və “Sağlam düşüncə” Gənclər təşkilatları tərəfindən “Gənclər üçün Avropa proqramları həftəsi” çərçivəsində “Erasmus+” təhsil proqramının təqdimatı keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə prorektor, professor İsa Xəlilov “Erasmus+” proqramının Azərbaycan gəncləri üçün əhəmiyyətindən danışıb.

Prorektor Avropa strukturlarının təhsil sahəsində həyata keçirdikləri layihələri və azərbaycanlı gənclər üçün yaradılmış bu cür imkanları müsbət hal kimi dəyərləndirib. Qeyd edib ki, proqram çərçivəsində xaricdə təhsil alıb, yüksəkixtisaslı kadr kimi yetişməklə yanaşı, Azərbaycan həqiqətlərinin mütəmadi surətdə avropalı gənclərə vaxtında və düzgün çatdırılması da təmin oluna bilər.

“Sağlam düşüncə” Gənclər Təşkilatının idarə heyətinin üzvü Ramiz Əliyev “Erasmus+” proqramının fəaliyyət istiqamətləri, perspektivləri və AzTU tələbələrinin proqram çərçivəsində əldə edə biləcəyi imkanlar barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Avropa İttifaqının Azərbaycan gəncləri üçün qeyri-formal təhsil imkanları (təlim kursları, mübadilə proqramları, qısa və uzunmüddətli könüllülük proqramları) haqqında Bakı şəhərində yerləşən Ali təhsil müəssisələrində məlumat sessiyaları təşkil ediləcək.

Sonda tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.