ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetinin inkişaf strategiyası - müasir standartlarla keyfiyyətli tədris

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) 2021-2030-cu illər üçün inkişaf strategiyasına əsasən, qlobal səriştələrin mənimsənilməsi üçün bütün təhsil səviyyələrində müasir standartlarla keyfiyyətli tədris təmin edilməlidir.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə tədris prosesində öyrədən və öyrənənin vəhdətini təmin etmək, müəllim hazırlığı proqramlarını və kurikulumları qlobal perspektivlərlə uyğunlaşdırmaq planlaşdırılır.

Qeyd edək ki, strategiyanın məqsədi rəqəmsal platformada texnoloji gələcək üçün ağıllı həllər vermək və bu yöndə mütəxəssis hazırlığını təmin etmək, mühəndislik elmləri və ağıllı texnologiyaların tətbiqi sahəsində regionda lider universitet olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.