ELM VƏ TƏHSİL
Azərbaycan Turizm və Menecment Universitetində turizm ixtisası üzrə ikili diplom layihəsi müzakirə olunub
Bakı, 18 iyun, AZƏRTAC
Eskişehir Osmanqazi Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Mahmut Sami İşlek Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa ilə görüşüb.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetlər arasında əlaqələrin daha da genişləndirilməsi məsələsi müzakirə olunub. Qeyd edilib ki, ali təhsil müəssisələri Avropa İttifaqının “Erasmus+” proqramı və Türkiyə Respublikasının “Mövlanə mübadilə proqramı” çərçivəsində əməkdaşlıqdan səmərəli faydalanıblar.
Görüşdə turizm ixtisası üzrə universitetlər arasında reallaşması gözlənilən ikili diplom layihəsi də müzakirə olunub.