SİYASƏT


Azərbaycan, Türkiyə, Gürcüstan və Argentina səfirlərinin həmrəyliyi erməniləri təşvişə salıb

Bakı, 25 oktyabr, AZƏRTAC 

Argentinanın Quilmes Milli Universitetində və bu ölkənin parlamentində Azərbaycan, Türkiyə, Gürcüstan və Argentina səfirlərinin iştirakı ilə keçirilən “Qafqaz və Mərkəzi Asiya regionu” mövzusunda konfranslarda diplomatların ermənilərin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsinin pislənməsi və Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” iddialarının ifşasında nümayiş etdirdikləri həmrəylik bu Latın Amerikası ölkəsindəki erməni diasporunu təşvişə salıb.

AZƏRTAC xəbər verir ki, Argentinada fəaliyyət göstərən erməni icmasının “Diario Armenia” nəşri “əzabkeş xalqın” diasporunun bununla bağlı parlamentə və universitetə şikayət məktubları ünvanlandığını yazıb. Erməni icması yerli mətbuatda və universitetin, habelə parlamentin saytlarında həmin tədbirlər haqqında yerləşdirilən məlumatları ləğv etmək üçün bütün vasitələrdən istifadə edir.

Universitetdə və parlamentdə keçirilən tədbirlərdə Azərbaycanın, Gürcüstanın və Türkiyənin Argentinadakı səfirləri Rəşad Aslanov, İrakli Kuraşvili və Şefik Vural Altay, habelə Argentinanın Azərbaycan və Türkiyədəki keçmiş səfirləri iştirak ediblər.

Qeyd olunur ki, Azərbaycanın səfirinin Ermənistanın regionda sabitliyə təhlükə törətməsi barədə fikrini davam etdirən Argentinanın ölkəmizdəki keçmiş səfiri Karlos Dante Riva bəyan edib ki, onun ölkəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, lakin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır.

Argentinanın Türkiyədəki keçmiş səfiri Xulian Tettamanti isə erməni icmasının fəaliyyətinin “Türkiyə və Argentina arasında əlaqələrin inkişafına əngəl törətdiyini” vurğulayıb.

Türkiyənin Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyün dəstəklədiyini qeyd edən Şefik Vural Altay bildirib ki, ermənilər qondarma “soyqırımı” məsələsindən siyasi manipulyasiya və Ankaraya təzyiq məqsədilə istifadə edirlər. O vurğulayıb ki, Argentinadakı erməni icması millətlər arasında təfriqə salmaqla məşğuldur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.