İQTİSADİYYAT
Azərbaycan Türkiyəyə elektrik enerjisinin ixracına başlayıb
Bakı, 8 fevral, Nihad Budaqov, AZƏRTAC
“Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü” layihəsi çərçivəsində Azərbaycandan Türkiyəyə elektrik enerjisinin ixracına başlanılıb.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycanın Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, fevralın 7-dən etibarən Azərbaycan Gürcüstan ərazisi vasitəsilə Türkiyəyə elektrik enerjisinin ixracını həyata keçirir və sutkada təxminən 80 meqavatt elektrik enerjisi Azərbaycandan Türkiyəyə ötürülür.