Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan gəncləri qüdrətli ölkənin vətəndaşı, müzəffər xalqın nümayəndələridir

Azərbaycan gəncləri qüdrətli ölkənin vətəndaşı, müzəffər xalqın nümayəndələridir

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan xalqının gənc nümayəndələri hər zaman fəal olub, tarixən baş vermiş proseslərin önündə gediblər. Məhz onların qurduğu dövlətlər öz qüdrəti və əzəməti ilə dünya tarixində dərin iz qoyub. Hətta təcavüzkarlara qarşı mübarizədə, milli azadlıq mücadilələrində, milli dirçəlişimizdə nümayiş etdirdikləri rəşadətlə yeni-yeni nəsillərə örnək olublar. Hər səhifəsi qəhrəmanlıq dastanı olan şanlı tariximizi vərəqlədikcə gənclərimizin mədəniyyət, incəsənət, ədəbiyyat və digər sahələrdə də yaradıcılığına heyran qalmamaq mümkün deyil. Onlar bilik və bacarığı, parlaq istedadı ilə bu sahənin zənginləşməsinə, xalqımızın maariflənməsinə əvəzsiz töhfələr veriblər. Onların ideyaları, yaradıcılığı xalqımızın milli sərvəti kimi daim qorunur və növbəti nəsillərə ötürülür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, sovet hakimiyyəti illərində də Azərbaycan gəncləri öz fəallığı ilə seçilib, milli kimliyimizin qorunmasında, müstəqillik ideyalarının yaşamasında səylə çalışıblar. Rejimin sərtliyi, göstərilən təzyiqlər və qanlı repressiyalar onları qorxuda bilməyib. Azərbaycan gəncləri daha bir qəhrəmanlıq dastanını 1941-1945-ci illər müharibəsində yazdılar. Nümayiş etdirdikləri şücaətlə Alman faşizmi üzərində qələbədə böyük pay sahibi oldular. Heç də təsadüfü deyil ki, 130 azərbaycanlı gənc Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Onlar döyüş rəşadəti ilə əsl qəhrəmanlıq nümunəsi oldular. Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamında gənclərin yanında oldu, onlara hər cür dəstəyi verdi. Məhz onun dövründə gənclərimiz ittifaqın ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilir, peşəkar kadr və yüksəkixtisaslı mütəxəssis kimi yetişmələri üçün bütün şərait yaradılırdı. Həmçinin kadr siyasətində gənclərə üstünlük verilir, yüksək vəzifələrə irəli çəkilirdilər.

“Dövlətimizin müstəqilliyinin bərpasında, Birinci Qarabağ müharibəsində gənclərin misilsiz xidmətlərini saymaqla qurtarmaq olmaz. Bir onu demək kifayətdir ki, bu yolda şəhidlərimizin böyük əksəriyyətini gənclər təşkil edirdi. Onlar dövlətimizi, Vətənimizi hər şeydən uca tutdular, bu yolda canlarından belə keçməyə hazır oldular. Xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin ətrafında sıx birləşən gənc nəsil böhrandan çıxış yolunu yalnız Ulu Öndərin şəxsində gördülər. Dövlətimizin qurulmasında, müstəqilliyimizin qorunmasında fədakarlıqla mübarizə apardılar. Qısa müddətdə ölkəmizi məhv olmaqdan xilas edən dahi lider gənclər siyasətini prioritet istiqamətə çevirdi. Onun gənclərlə bağlı imzaladığı fərman və sərəncamlar dövlətimizin ictimai-siyasi həyatında gənclərin parlamasına, aktiv iştirakına geniş imkanlar açdı. Onların yüksək səviyyədə təhsil almaları üçün normal şərait yaradıldı, xarici ölkələrin ali təhsil müəssisələrinə tələbələrin göndərilməsinə başlanıldı. Məhz bu siyasətin nəticəsi olaraq artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər müxtəlif ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Heydər Əliyev istedadlı gəncləri xüsusilə diqqətdə saxlayırdı, onların hərtərəfli inkişafına hər cür dəstəyi verirdi. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərin forumlarının keçirilməsi, fevralın 2-si tarixinin Azərbaycanda Gənclər Günü elan edilməsi onların cəmiyyətdə rolunun və nüfuzunun artmasında, ölkəmizin inkişafında iştirakının və məsuliyyətinin yüksəlməsində, ölkə gəncləri arasında fikir mübadiləsinin aparılmasında əhəmiyyətli rol oynadı”, - deyə AHİK sədri bildirib.

“Bütün sahələrdə olduğu kimi, Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı siyasətini yüksək peşəkarlıqla davam etdirən Prezident İlham Əliyev onların potensialının gerçəkləşməsi, vətənpərvər ruhda böyüməsi, bilikli və bacarıqlı kadr kimi formalaşması istiqamətində əhəmiyyətli işlər gördü. Məhz dövlətimizin başçısı İlham Əliyevin qayğısının və bu sahəyə olan diqqətinin nəticəsidir ki, gənc nəslin ictimai-siyasi həyatda rolu durmadan artır, ölkənin əsas aparıcı qüvvəsini təşkil edirlər, həmçinin onlarda öz gücünə, istedadına, bacarığına inam hissi güclənib. 2007-ci ilin “Gənclər İli” elan edilməsi gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında aktiv fəaliyyətinə əlverişli şərait yaratmış oldu. Ulu Öndərin siyasətinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev də gənclərin təhsil məsələsini prioritet hesab edir, onların qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi üçün ardıcıl sərəncamlar verir. Bu sahədə icra olunmuş dövlət proqramları nəticəsində 5000-dən çox gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil alıb. Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3558 təqaüd verilib və bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənib. Həmçinin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası müddətində 2000 nəfərədək gəncimiz xaricdə bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcəkdir”, - deyə Milli Məclisin deputatı bildirib.

Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun xidmətlərinin misilsiz olduğunu diqqətə çatdıran S.Möhbalıyev vurğulayıb: “Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elm, təhsil, mədəniyyət, səhiyyə, idman sahələrində müxtəlif layihələr həyata keçirilir, yaradıcı gənclərin potensialının aşkara çıxarılmasına, bilik və bacarıqlarının dəyərləndirilməsinə yüksək səviyyədə köməklik göstərilir, onların fərdi və peşəkar inkişafına hər cür dəstək verilir”.

AHİK sədri bildirib ki, 2020-ci ildə qəhrəman Azərbaycan gəncləri dünyanın hərb tarixində yeni səhifə açdı, Vətənə, torpağa olan sonsuz sevgiləri ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində oldular. Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruğa dönərək tarixi missiyanı uğurla tamamladılar, xalq və Vətən qarısında borclarını şərəflə yerinə yetirdilər. Vətən müharibəsi bir daha təsdiqlədi ki, gənclərimiz dövlətə sədaqət, Vətənə sevgi ruhunda tərbiyə alıblar və hər zaman müstəqilliyimizin, suverenliyimizin, dövlətçiliyimizin keşiyindədirlər. Bu misilsiz xidmətlərinə görə, biz igid oğul və qızlarımıza hər zaman minnətdarıq. İnanırıq ki, gələcək nəsillər də bugünkü gənclərimizdən nümunə götürəcək, Vətənimizi ləyaqətlə qoruyacaqlar”.

S.Möhbalıyev əlavə edib ki, səlahiyyətləri daxilində Azərbaycan həmkarlar ittifaqları da dövlətimizin gənclər siyasətinə fəal dəstək verir. Həmkarlar ittifaqı üzvlərinin 38,5 faizini gənclər təşkil edir. Biz də onların həmkarlar ittifaqlarının fəaliyyətində yaxından iştirakını yüksək qiymətləndirir, təşkilatın gələcək inkişafının və daha da möhkəmlənməsinin əsas mənbəyi hesab edirik. Hazırda sahə həmkarlar ittifaqlarının böyük əksəriyyətində gənclər şurası fəaliyyət göstərir və gənclərlə mütəmadi iş aparılır. Şuralar gənclərin tələbatına cavab verən strategiyanın, kollektiv müqavilələrin və sazişlərin işlənib hazırlanmasında, peşə ustalığı üzrə müsabiqə və baxışların keçirilməsində fəallıq göstərirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb