SİYASƏT
Azərbaycan güclü zəlzələnin fəsadlarının aradan qaldırılması üçün İndoneziyaya yardım edib
Bakı, 8 oktyabr, AZƏRTAC
İndoneziyada baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim edilib.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.