İDMAN


Azərbaycan idmançıları birinci MDB Oyunlarında daha 2 qızıl medal qazanıblar

Bakı, 7 sentyabr, AZƏRTAC

Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında komandamız daha iki qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, stend atıcılığının dairəvi növündə Cavid Həsənov bütün rəqiblərini qabaqlayaraq çempion olub. Komandamızın aktivinə daha bir qızıl medalı isə samboçumuz Toğrul Salmanov (+98 kq) yazdırıb. Samboçumuz əzmkarlıqla mübarizə apararaq fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Digər samboçumuz Rəsul Aydəmirov (98 kq) isə yalnız finalda uduzaraq gümüş medal əldə edib.

Bununla da Azərbaycan komandası birinci MDB Oyunlarında qazandığı medalların sayını 32-yə çatdırıb. Medallardan 11-i qızıl, 6-sı gümüş, 15-i bürüncdür.

Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.