SİYASƏT
Azərbaycan ilə Avstriya arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriya parlamentinin vitse-spikeri Karlhaynts Kopf ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin vacibliyi vurğulanıb.
Söhbət zamanı iqtisadi, ticarət, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.