SİYASƏT


Azərbaycan ilə İsveçrə arasında fəal siyasi dialoq mövcuddur

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə parlamentinin Xarici Əlaqələr Komitəsinin və İsveçrə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Filippo Lombardi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı tərəflər İsveçrə və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən parlament səviyyəsində əməkdaşlığın hazırkı durumu və perspektivləri barədə fikir mübadiləsi aparıblar. Ölkələrimiz arasında əlaqələrin inkişafında parlament diplomatiyasının mühüm rol oynadığı diqqətə çatdırılıb.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında fəal siyasi dialoqun mövcudluğunu təqdir edərək, həmsöhbətini siyasi təmaslar və həyata keçirilən iqtisadi layihələr barədə məlumatlandırıb. Bu xüsusda, nazir 70-dən artıq İsveçrə şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini qeyd edərək, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın daha da artırılması üçün geniş potensialın mövcudluğunu ifadə edib.

F.Lombardi Azərbaycan Dövlət Neft Şirkətinin İsveçrədəki fəaliyyətini yüksək qiymətləndirib və hər iki ölkənin iş adamları arasında birbaşa əlaqələrin təşviq edilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.