İQTİSADİYYAT


Azərbaycan ilə Pakistan dostluğu poçt markalarında

Bakı, 6 fevral, AZƏRTAC 

Azərbaycan və Pakistan əlaqələrinə həsr edilən iki markadan ibarət poçt bloku dövriyyəyə buraxılıb.

“Azərmarka” MMC-dən AZƏRTAC-a bildirilib ki, dövriyyəyə buraxılan poçt markalarının üzərində Bakıdakı Heydər məscidi və Pakistanın Lahor şəhərindəki Vəzir Xan məscidi təsvir olunub. Eyni zamanda, poçt blokunda Azərbaycan və Pakistanın dövlət bayraqları öz əksini tapıb.

Orijinal poçt blokunun ölçüsü 120x80 millimetr, markaların ölçüləri isə 40x28 millimetr təşkil edir. Poçt blokunun tirajı 5 min nüsxədir. Bundan başqa, 100 ədəd birinci gün zərfləri də satışa çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.