İDMAN


Azərbaycan ilə Syerra-Leone arasında idman sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti (MPK), Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) vitse-prezidenti, Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov Syerra-Leone Respublikasının vitse-prezidenti Məhəmməd Culdeh Calloh ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə İ.Rəhimov Azərbaycanda həyata keçirilən idman və sosial siyasət, paralimpiya və abilimpiya hərəkatının inkişafı barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə fiziki məhdudiyyətli şəxslərə, onların sosial rifahının yaxşılaşdırılmasına, idmana, o cümlədən paralimpiya hərəkatının inkişafına xüsusi diqqət və qayğı göstərir. Məhz bunun nəticəsində Azərbaycan beynəlxalq arenalarda həmişə uğurla iştirak edərək yüksək nəticələr qazanırlar.

Komitə prezidenti Azərbaycanın idman və sosial siyasət modelini Syerra-Leonedə da tətbiq olunmasını təklif edib. O, paralimpiya hərəkatının inkişafı üçün dövlət tərəfindən göstərilən dəstəyin vacibliyini qeyd edib, ölkədə paralimpiya idmanının təbliği üçün müxtəlif tədbirlərin keçirilməsinin önəmini vurğulayıb.

Syerra-Leone Respublikasının vitse-prezidenti Məhəmməd Culdeh Calloh Azərbaycanda idman, sosial və digər sahələrdə əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirib. Vitse-prezident iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsi üçün yaradılmış şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə öz təşəkkürünü çatdırmağı xahiş edib. Məhəmməd Culdeh Calloh idman sahəsi ilə başlayan əməkdaşlığın digər sahələri də əhatə etməsindən, ölkələrimiz arasında əlaqələrin daha möhkəmlənməsindən əminliyini bildirib.

Eyni zamanda, Məhəmməd Culdeh Calloh Komitə prezidenti İlqar Rəhimova Syerra-Leoneyə səfər etdiyinə, paralimpiya hərəkatının inkişafı üçün göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Məhəmməd Culdeh Calloh Syerra-Leone ictimaiyyətinin Azərbaycana, onun ənənələri və mədəniyyətinə marağının artığını qeyd edib, ölkəsində paralimpiya hərəkatının inkişafı üçün dəstəyini əsirgəməyəcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.