SİYASƏT


Azərbaycan islamofobiya, ekstremizm və antisemitizm kimi təhlükəli təzahürlərə qarşı mübarizədə əməkdaşlıqda maraqlıdır

Tbilisi, 19 iyul, AZƏRTAC

Azərbaycan islamofobiya, ekstremizm və antisemitizm kimi qorxulu təzahürlərə qarşı mübarizədə əməkdaşlıqda maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bu fikir iyulun 19-da Tbilisidə keçirilən ATƏT-in 15-ci "Cənubi Qafqaz regionunda media azadlığı" adlı beynəlxalq konfransında səslənib.

Konfransda tövsiyə xarakterli sənədlər qəbul olunub. Sənədlərin müzakirəsi zamanı Azərbaycan tərəfi bir sıra təkliflər irəli sürüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib ki, tədbirdə terrorizm, ekstremizm, islamofobiya, antisemitizm kimi təhlükəli tendensiyaların yayılmasında mətbuatın rolu məsələsi müzakirə olunub. Azərbaycan tərəfi bəzi media vasitələrinin və jurnalistlərin söz, mətbuat azadlığı pərdəsi altında bu kimi təhlükəli tendensiyaları təbliğ etməsinin cəmiyyətdə haqlı narahatlıq yaratdığını xüsusi qeyd edib. Eyni zamanda, terrorizmi, ekstremizmi, antisemitizmi təbliğ edən media resurslarının qarşısının alınması və onlara münasibətdə mümkün tədbirlərin görülməsini təklif edib.

Bundan başqa, Azərbaycan tərəfi bu məsələdə beynəlxalq təşkilatlara əməkdaşlıq təklif edib və İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların üzvü kimi öz təcrübəsini ortaya qoyub.

Azərbaycanın təklif etdiyi bütün təkliflər qeyd-şərtsiz qəbul olunub və yekun sənəddə öz əksini tapıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.