SİYASƏT
Azərbaycan mətbuatının nümayəndələri şəhid jurnalistlərin xatirəsini yad edirVİDEO
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində həlak olan jurnalistlərin - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və AzTV-nin operatoru Sirac Abışovun xatirəsi ehtiramla yad olunur.
AZƏRTAC xəbər verir ki, Azərbaycan mətbuatının və ölkə ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanının yaxınlığında yaradılan xatirə guşəsini ziyarət edir, önünə gül dəstələri düzürlər.