ELM VƏ TƏHSİL


“Azərbaycan mifoloji düşüncəsində ana və at kultları” kitabı nəşr olunub

“Azərbaycan mifoloji düşüncəsində ana və at kultları” kitabı nəşr olunub

Bakı, 4 fevral, AZƏRTAC

AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Nübar Həkimovanın “Azərbaycan mifoloji düşüncəsində ana və at kultları” kitabı işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, yeni nəşr Azərbaycan mifopoetik düşüncə tarixinin köklərinə, folklorumuzun ən dayanıqlı arxetipləri olan ana və at kultlarına həsr olunub. Yeddi fəsildən ibarət olan kitabda qadın-ana və at kultlarının mifopoetik kodları, semantik-bədii xüsusiyyətləri, bu kultların folklordakı təzahürü, milli-mənəvi düşüncədəki yeri və digər məsələlərə aydınlıq gətirilib.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, rəyçiləri isə pedaqogika elmləri doktoru, professor Rüfət Hüseynzadə və filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.