ELM VƏ TƏHSİL


Azərbaycan müəllimlərinin XV qurultayında 100-dən çox təhsil işçisi mükafatlandırılacaq

Bakı, 27 noyabr, AZƏRTAC

Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qurultayda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri iştirak edəcəklər.

Qurultaya ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə dəvət edilib.

Tədbirdə "Azərbaycan Respublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan əsas hədəflərin həyata keçirilməsi məsələləri müzakirə olunacaq, ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılacaq.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi medalı”na layiq görülmüş 100-dən artıq təhsil işçisinə dövlət təltifləri təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.