Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan müəllimlərinin təşəbbüs qrupu prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Azərbaycan müəllimlərinin təşəbbüs qrupu prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Bakı, 13 fevral, AZƏRTAC 

Azərbaycan müəllimlərinin təşəbbüs qrupu aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb.

Azərbaycan müəllimlərinin təşəbbüs qrupundan AZƏRTAC-a daxil olan bəyanatda deyilir ki, Yeni Azərbaycan Partiyasının (YAP) fevralın 8-də keçirilmiş VI qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qəbul edilən tarixi qərar ölkənin hər bir vətəndaşı, hər bir azərbaycanlı, hər bir müəllim tərəfindən rəğbətlə qarşılanıb, geniş ümumxalq dəstəyi qazanıb.

Millətimizin arzu və istəklərinin tərcümanı, kamil cəmiyyətin yaradıcısı, dünənlə bu gün, bu günlə sabah arasında ən etibarlı mənəvi körpünün simvolu olan Azərbaycan müəllimləri də bu tarixi qərarın əhəmiyyətini dərindən dərk edərək, milli müstəqilliyimizin parlaq gələcəyinin qarantına olan sarsılmaz inamı nəzərə alaraq bu bəyanatı yayır.

Bəyanatda deyilir ki, müstəqil Azərbaycan çağdaş tarixinin ən şərəfli dövrünü yaşayır. Prezidentimiz İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərliyi Azərbaycanın müstəqillik tarixinin əsl intibah, inkişaf mərhələsi olub, dünyada dövlətimizin qüdrəti və siyasi nüfuzu möhkəmlənib, Vətənimiz regionun lider dövlətinə çevrilib.

2003-cü ildə prezident seçkiləri öncəsi ulu öndər Heydər Əliyevin İlham Əliyev haqqında uzaqgörənliklə söylədiyi “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” müdrik kəlamının həqiqət olduğunu tarix və zaman bütün dünyaya göstərdi. Belə ki, Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu, milli inkişaf siyasətini dönmədən və uğurla həyata keçirərək ölkənin sosial-iqtisadi və mədəni həyatının davamlı inkişaf strategiyasını formalaşdırdı.

Digər sahələrdə olduğu kimi, müstəqil Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil quruculuğu və siyasəti də məhz Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə dönməz xarakter alıb, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası yönündə uğurlu addımlar atılıb.

Bu illərdə təhsilin inkişafı ilə bağlı bir çox dövlət proqramları qəbul edilib, onların icrası nəticəsində bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri yüksəlib, uşaq və gənclərin təhsilalma imkanlarının genişləndirilməsi, müasir idarəetmə modellərinin tətbiqi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, ümumi təhsil müəssisələrinin pedaqoji və rəhbər kadrlarla təminatı, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, tədris resurslarının məzmunca yeniləşdirilməsi, maddi-texniki və tədris bazasının müasirləşdirilməsi, təhsil sisteminin müasir informasiya–kommunikasiya texnologiyaları ilə təminatı, sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili sahələrində əhəmiyyətli nailiyyətlər əldə edilib.

Sevindirici haldır ki, 2013-cü ildə prezident seçkilərindən dərhal sonra İlham Əliyevin imzaladığı ilk sənəd - XXI əsrdə təhsilin inkişafının “yol xəritəsi” sayılan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” olub. Bunu ölkə Prezidentinin təhsilə diqqət və qayğısının böyük təzahürü hesab edir və yüksək qiymətləndiririk. Hazırda həmin strategiyada müəyyənləşdirilən hədəf və istiqamətlər üzrə islahatlar dövlət başçısının rəhbərliyi və qayğısı ilə uğurla davam etdirilir.

Prezident İlham Əliyevin həyata keçirdiyi “Qara qızılı insan kapitalına çevirmək” siyasəti nəticəsində ölkəmizdə insan kapitalının inkişafı sahəsində böyük uğur qazanılıb, “2007-2015-ci illərdə Azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın aparıcı universitetlərində 3558 nəfər azərbaycanlı gənc ali təhsil almaq imkanı qazanıb ki, onlardan 1470 nəfəri artıq məzun olub. Hesab edirik ki, müstəqil Azərbaycanın intellektual potensialının zənginləşməsində, rəqabətədavamlı kadrların formalaşmasında bu addım müstəsna tarixi əhəmiyyətə malikdir.

Bəyanatda qeyd edilir ki, son 14 ildə ümumi təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi sahəsində daha böyük uğurlara imza atılıb, ötən dövrdə 3104 yeni məktəb binası tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Ölkənin ən ucqar kəndlərində belə az şagird kontingenti olan məktəb binalarının yeniləşdirilməsi məqsədilə modul tipli məktəblərin qurulmasına başlanılıb, 2017-ci ildə 106 belə məktəb quraşdırılıb, cari ildə onlardan 137-sinin istifadəyə verilməsi nəzərdə tutulur. Dövlətimizin başçısının böyük diqqət və qayğısı ilə həyata keçirilən bütün bu tədbirlər ümumi təhsildə keyfiyyətin yüksəlməsinə öz töhfəsini verir, xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Dünya ölkələrində baş verən qeyri-sabit maliyyə vəziyyətlərinə baxmayaraq, son illərdə Azərbaycanda müəllimlərin əməyinin stimullaşdırılması sahəsində aparılan köklü islahatlar nəticəsində ümumtəhsil məktəblərində çalışan 140 min nəfərdən çox müəllimin vəzifə maaşı iki dəfə artırılıb, dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu təhsil siyasəti nəticəsində cəmiyyətdə müəllim nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib.

Ölkə Prezidenti İlham Əliyevin 2003-2017-ci illərdə imzaladığı sərəncamlarla təhsilin inkişafında müstəsna xidmətləri olan 2000-dək müəllim fəxri adlara və müxtəlif dövlət təltiflərinə layiq görülüb.

“Bu, bir həqiqətdir ki, Azərbaycan müəllimləri hər zaman dövlət başçısının siyasətinin təbliğatçıları və dəstəkçiləri olublar. Bu, bizim prinsipial mövqeyimizdir və həmişə də belə olacaq. Çünki İlham Əliyev ilk dəfə prezident seçilərkən “Mən hər bir vətəndaşın prezidenti olacağam” vədinə sadiqliyini əməli fəaliyyəti ilə sübut edib.

Azərbaycan müəllimləri prezident seçkilərində öz ənənəsinə sadiq qalaraq prezident seçkilərində Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin namizədliyini dəstəkləyir və ölkə ictimaiyyətini də seçkilərdə fəallıq göstərərək ona səs verməyə çağırır”, - deyə bəyanatda qeyd edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb