Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan nümayəndə heyəti Cenevrədə BMT-nin yüksək səviyyəli görüşündə iştirak edir [YENİLƏNİB] VİDEO

Cenevrə, 16 dekabr, AZƏRTAC

Dekabrın 16-da İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Müdafiənin Vəzifələri üzrə Dialoqunun “Köçürülmənin kökündə olan səbəblərin anlaşılması və həlli” mövzusunda növbəti 8-ci yüksək səviyyəli görüşü işə başlayıb.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti, o cümlədən Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev tədbirdə iştirak edir.

BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş tədbiri açaraq müasir dünyadakı münaqişələr və zor tətbiqi nəticəsində öz vətənini tərk etməyə məcbur olmuş şəxslərin sayının durmadan artdığını, bu vəziyyətin dünya dövlətləri, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti qarşısında yeni çağırışlar qoyduğunu bildirib. O qeyd edib ki, qaçqınların və məcburi köçkünlərin sayı İkinci Dünya müharibəsindən sonra ən yüksək həddə çatıb və 2014-cü ilin sonuna olan statistik məlumatlara əsasən, dünya üzrə qaçqınların və məcburi köçkünlərin sayı 60 milyon nəfərə yaxındır. İnsanlar bir tərəfdən nəzarətdən çıxan münaqişələr və müharibələr, digər tərəfdən isə təbii fəlakətlər nəticəsində öz ölkələrini tərk etməyə məcbur qalır. Bir sıra böhran regionlarındakı qaçqın düşərgələrində artıq üçüncü nəsil uşaqlar dünyaya gəlir. Dünya üzrə qaçqınların yarıdan çoxu azı beş il qaçqın həyatı yaşamağa məcbur qalır və milyonlarla insan artıq onilliklərdən bəri öz doğma ev-eşiklərinə geri dönə bilmir. Belə bir vəziyyətdə köçürülmənin kökündə duran səbəbləri daha yaxşı başa düşmək və onlara qarşı daha effektiv cavablar vermək, həll yolları tapmaq üçün beynəlxalq təşkilatlar, ölkələr, vətəndaş cəmiyyəti, müvafiq humanitar və elmi tərəfdaşlar arasında mütəmadi dialoqun aparılması mühüm əhəmiyyət daşıyır.

Sonra qaçqınların vəziyyətinə həsr olunan qısa film nümayiş etdirilib.

Plenar iclasda beynəlxalq təşkilatların və müxtəlif ölkələrin təmsilçiləri qaçqın probleminin həlli imkanları, qaçqınların həyat şəraitinin yaxşılaşdırılması, onların yerləşdikləri ölkələrdə tibbi və sosial xidmətlərdən istifadə edə bilməsi, uşaqların sosial mühitə və məktəb həyatına cəlb edilməsi mövzularında çıxış ediblər.

Müzakirələr başlayarkən çıxış üçün ilk söz Azərbaycan nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova verilib.

Baş nazirin müavini Əli Həsənov bugünkü mötəbər tədbirin olduqca əhəmiyyətli məsələnin müzakirəsinə həsr edilməsi təşəbbüsünə və Azərbaycanı da bu tədbirə dəvət etməsinə görə ali komissar Antonio Qutereşə təşəkkürünü bildirib.

Əli Həsənov deyib ki, son illər ərzində dünyanın müxtəlif regionlarında baş verən fövqəladə hadisələr bizi də narahat edir. Misli görünməmiş kütləvi miqrasiya, əksəriyyətini qadınlar və uşaqlar təşkil edən günahsız insanların yol boyunca sonsuz əzablara düçar olması, getdikcə dərinləşən və bəşəriyyəti yeni faciəyə sürükləyən dəhşətli hadisələrin qarşısı alınmazsa, bizi qarşıda nələrin gözlədiyini təsəvvür etmək çətin deyil.

Münaqişələrdən zərər çəkən kövrək insanların problemlərinin həll edilməsində dövlətlərlə yanaşı, BMT QAK, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi nüfuzlu beynəlxalq təşkilatlar, BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi bu gün həm vacib, həm də təxirəsalınmazdır.

Hesab edirik ki, öz daimi yaşayış yerini məcburi tərk etmiş insanların müdafiəsində mövcud beynəlxalq hüququn təkmilləşdirilməsinə ehtiyac var. Bu gün artıq BMT-nin məcburi köçkünlərə dair əsas prinsiplərində (UN Guiding Principles on IDPs) öz əksini tapmış qayda və normalar əsasında öhdəlikdaşıyıcı sənədin işlənib hazırlanmasının nəzərdən keçirilməsi üçün uyğun zaman olduğunu bir daha qeyd etməliyik.

Baş nazirin müavini diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın 20 faizə qədər hissəsinin işğalı insanların öz doğma yurdlarından zorla didərgin salınmasına səbəb olub. Bu problem 25 ildən çoxdur ki, həllini tapmır. Ermənistanda aparılmış etnik təmizləmə siyasəti və Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun işğalı nəticəsində ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin sayı 1 milyon 200 min nəfərdən çoxdur. 9,7 milyona yaxın əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük didərgin yükünə sahib ölkələrdən biridir.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən hələ 1993-cü ildə qəbul edilmiş 4 qətnamənin, həmçinin digər nüfuzlu beynəlxalq təşkilatların qərarlarının bu günə kimi həll edilməməsi anlaşılmazlıq doğurur.

Ermənistan beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozur, işğal edilmiş ərazilərin fiziki, demoqrafik və mədəni adlarını dəyişdirərək məcburi köçürülmüş azərbaycanlıların öz doğma yurdlarına qayıtma hüququnu rədd edir, hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylərini davam etdirir.

Ermənistan hökuməti, həmçinin dünyada mövcud miqrasiya problemindən sui-istifadə edərək, Suriyadan olan erməni əsilli qaçqınları işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirir.

Əli Həsənov bildirib ki, Azərbaycan hökuməti öz doğma yerlərini tərk etməyə məcbur olmuş insanların problemlərini əsasən öz üzərinə götürüb. İyirmi ildən çox müddət ərzində Azərbaycanda olan qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 6 milyard ABŞ dollarından çox vəsait xərclənib və 250 min nəfər qaçqın və məcburi köçkün müvəqqəti yaşayış üçün yeni salınmış 93 müasir qəsəbəyə köçürülüb. Bu kateqoriya insanlar arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enib. Bizim məcburi köçkünlərin problemlərinin həllindəki nailiyyətlərimiz nüfuzlu beynəlxalq təşkilatlar və ölkələr tərəfindən müsbət qiymətləndirilib.

Azərbaycan hökuməti tərəfindən edilmiş böyük səylərə baxmayaraq, bu günədək 400 mindən çox məcburi köçkün köhnə və yararsız ictimai binalarda çətin şəraitdə yaşamaqda davam edir. Ölkədəki məcburi köçkün probleminin böyük həcmi və hələ də davam etməsi səbəbindən beynəlxalq təşkilatların və donorların dəstəyinə ehtiyac duyulmaqdadır.

Məcburi köçkünlərin insan hüquqlarının tam bərpa edilməsi münaqişənin beynəlxalq hüquq normaları, ələlxüsus dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini tələb edir. Azərbaycanın bu məsələdə mövqeyi çox aydındır: bütün Azərbaycan əraziləri işğaldan azad edilməli və məcburi köçkünlərin öz yurdlarına ləyaqətlə qayıtmaq hüququ təmin olunmalıdır. Ümidvarıq ki, Böyük Sülh Sazişi əldə ediləndən sonra Azərbaycan və erməni xalqları əvvəllər olduğu kimi, qonşuluqda etimadlı yaşayışı davam etdirəcəklər.

Baş nazirin müavini deyib: “Fürsətdən istifadə edərək, ali komissar Antonio Quterreşin 10 illik fəaliyyəti dövründə gördüyü işlərə Azərbaycan hökumətinin münasibətini və öz şəxsi münasibətimi bildirmək istəyirəm. Xüsusilə qeyd etmək istərdim ki, cənab Quterreş mövcud problemlərə yüksək həssaslıqla və peşəkarlıqla yanaşıb, baxmayaraq ki, onun fəaliyyəti dövründə dünyada qaçqınların və məcburi köçkünlərin sayı ciddi surətdə artdı, lakin o, bir ali komissar kimi öz vəzifə borcunu yüksək bacarıqla və layiqincə icra edib. Məcburi köçkün probleminə isə diqqət, qayğı məhz cənab Quterreşin fəaliyyəti dövründə ön plana çəkildi. Bütün bunlara görə A.Quterreşə Azərbaycan hökuməti adından və şəxsən öz adımdan səmimi təşəkkür edir, ona şəxsi həyatında və gələcək fəaliyyətində uğurlar arzulayıram”.

Qeyd edək ki, 2007-ci ildə təsis edilən Müdafiənin Vəzifələri üzrə Dialoqun məqsədi BMT QAK, ölkələr və digər tərəfdaşların qlobal müdafiə məsələlərinə dair müzakirələrini təşkil etməkdir. Plenar sessiyalar, müzakirələr və digər formatlı tədbirlərin nəticələri Ali Komissarlıq tərəfindən ümumiləşdirilir və gələcək fəaliyyət üçün tövsiyələr şəklində təqdim olunur.

Yüksək səviyyəli görüş dekabrın 17-də başa çatacaq.

x x x

Həmin gün Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş ilə görüşü keçirilib.

Əli Həsənov Antonio Quterreşin 10 illik fəaliyyəti dövründə gördüyü işləri yüksək qiymətləndirib, Azərbaycanın qaçqın və məcburi köçkün problemlərinə həssas yanaşmasına və bu problemləri diqqətdə saxlamasına görə ona Azərbaycan hökuməti adından təşəkkür edib. O, Azərbaycan hökumətinin müraciətinə cavab olaraq ilk ali komissar kimi məhz Antonio Quterreşin fəaliyyəti dövründə təkcə qaçqınlara deyil, eyni zamanda, məcburi köçkünlərə də yardım göstərilməsinin böyük insanpərvər addım olduğunu vurğulayıb. Baş nazirin müavini ali komissarın beynəlxalq quruma rəhbərlik etdiyi dövrdə qaçqınların problemlərinə göstərilən diqqətin, peşəkar yanaşmanın və qazanılmış təcrübənin hazırkı mürəkkəb dövrdə və gələcəkdə bu təşkilatın işinə töhfə verəcəyini qeyd edib. Azərbaycan hökumətinin BMT QAK ilə əməkdaşlığa xüsusi diqqət yetirdiyini qeyd edən Əli Həsənov qurumun Bakı ofisi ilə bundan sonra da sıx əməkdaşlıq ediləcəyini və beynəlxalq təşkilatın fəaliyyəti üçün maddi dəstəyi əsirgəməyəcəyini vurğulayıb.

A.Quterreş səmimi fikirlərə görə təşəkkür edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qaçqın və məcburi köçkün problemlərini daim diqqətdə saxladığını məmnuniyyətlə qeyd edib. O, qaçqınların mənzil şəraitinin yaxşılaşdırılması üçün Azərbaycanda görülən işləri yüksək qiymətləndirib, bununla yanaşı, onların öz ata-baba yurdlarına geri qayıtma hüququnun təmin olunmasının və bu münaqişənin həll edilməsinin vacibliyini vurğulayıb. Ali komissar rəhbərlik etdiyi quruma Azərbaycan hökumətinin göstərdiyi dəstəyə görə minnətdarlıq edib, lakin ölkə rəhbərliyinin artıq ən böyük dəstəyi indiyədək göstərdiyini, yəni, ölkədəki qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün böyük vəsaitlərin ayrıldığını, təqdirəlayiq işlərin görüldüyünü qeyd edib. O, Azərbaycanın bu fəaliyyətinin təşkilata maddi dəstək niyyətindən qat-qat yüksəkdə dayandığını, qaçqın və məcburi köçkünlər üçün ölkədə həyata keçirilən layihələrə və bütün humanitar təşəbbüslərə görə Azərbaycan dövlətinin başçısına minnətdarlığını ifadə edib.

Azərbaycanda olarkən qaçqınlar üçün yaradılmış şəraitlə şəxsən tanış olduğunu bildirən A.Quterreş Azərbaycan rəhbərliyinin qaçqınlar və məcburi köçkünlərə göstərdiyi qayğının dünyanın bir çox ölkələri üçün nümunəvi xarakter daşıdığını vurğulayıb.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

Azərbaycan nümayəndə heyəti Cenevrədə BMT-nin yüksək səviyyəli görüşündə iştirak edir [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib