Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan nümayəndə heyəti Rumıniyada görüşlər keçirmişdir VİDEO

Azərbaycan nümayəndə heyəti Rumıniyada görüşlər keçirmişdir VİDEO

Buxarest, 14 aprel (AZƏRTAC). Aprelin 14-də energetika naziri Natiq Əliyevin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin başçılıq etdikləri nümayəndə heyətinin üzvləri Rumıniya İqtisadiyyat Nazirliyinin dəvəti ilə bu ölkədə səfərdə olmuşlar.

Nümayəndə heyətinə ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov, şirkətin prezidentinin müşaviri Murad Heydərov, vitse-prezidentin müavini, AGRİ layihəsinin idarə heyətinin üzvü Vitali Bəylərbəyov, Energetika Nazirliyinin idarə rəisi Rauf Həsənov daxil olmuşlar.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Buxarestdə yerləşən Tey Parkı - Heydər Əliyev xiyabanında Ümummilli Liderin abidəsinin önünə güllər qoymuş, xatirəsini ehtiramla yad etmişdir.

Daha sonra Azərbaycan nümayəndə heyətinin yeni təyin olunmuş iqtisadiyyat naziri Konstantin Nitsa ilə görüşü keçirilmişdir.

Görüşdə İqtisadiyyat Nazirliyinin dövlət katibləri, müşavirləri, Rumıniyada neft və qaz sahəsində çalışan şirkətlərin prezidentləri, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin, ARDNŞ-in Rumıniya Nümayəndəliyinin rəhbər və işçi heyəti iştirak etmişlər.

İqtisadiyyat naziri Konstantin Nitsa Azərbaycan nümayəndə heyətini salamlayaraq ölkələrimiz arasında mövcud olan siyasi əlaqələrdən, strateji tərəfdaşlıq münasibətlərdən danışmış, iqtisadi sahədə uğurları qeyd etmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Rumıniyadakı səmərəli fəaliyyətini, xüsusilə şirkətin Rumıniya Nümayəndəliyinin direktoru Həmzə Kərimovun yüksək peşəkarlığını qeyd edən nazir, ARDNŞ-in Rumıniyada yanacaq doldurma məntəqələrinin tikintisi ilə yanaşı, gələcəkdə digər sahələrə, o cümlədən, qazma, neft emalı, termoenerji kimi sahələrinə maraq göstərəcəyinə ümid etdiyini bildirmişdir. O, Rumıniya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin az olması və bunun artırılmasına ehtiyacın duyulmasını diqqətə çatdırmışdır.

K.Nitsa xüsusilə “Oltchim” kimya kombinatının “Arpechim” neft emalı zavodu ilə bir yerdə özəlləşdirilməsi və mayın 16-da keçiriləcək yeni tenderdə Azərbaycan tərəfinin iştirakının vacibliyini vurğulamışdır. AGRİ layihəsinə toxunan nazir tezliklə məlum olacaq texniki-iqtisadi əsaslanmanın nəticələrinə əsasən, layihə ilə bağlı qərarın qəbul ediləcəyinə ümid etdiyini bildirmişdir.

Nazir Rumıniya hökumətinin bütün sahələrdə Azərbaycan tərəfi ilə əməkdaşlığa hazır olduğunu vurğulamışdır.

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev rumın tərəfinə dəvətə görə təşəkkürünü bildirmişdir. Nazir Azərbaycan nümayəndə heyətini təqdim edərək, Rumıniya ilə Azərbaycan arasında mövcud olan dostluq, strateji tərəfdaşlıq əlaqələrinin tarixindən, iki ölkə prezidentlərinin görüşlərindən, Baş nazir Viktor Pontanın bu yaxınlarda Azərbaycana rəsmi səfərindən və bu səfər çərçivəsində aparılan müzakirələrdən danışmışdır.

N.Əliyev Rumıniyanın Azərbaycanın ədalətli mövqeyini daim beynəlxalq təşkilatlarda dəstəklədiyinə görə Rumıniya Prezidentinə və hökumətinə minnətdarlığını bildirmişdir. O, Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsiplərinə Rumıniyanın göstərdiyi dəstəyi xüsusilə vurğulamış, iki ölkə arasında energetika sahəsində əməkdaşlığın xüsusi yer tutduğunu diqqətə çatdırmışdır.

Nazir ARDNŞ-in Rumıniyada fəaliyyətini genişləndirməsi üçün böyük potensialın olduğunu nəzərə çatdırmışdır. ARDNŞ-in Rumıniyada yanacaq doldurma məntəqəsinin fəaliyyət göstərdiyini, Rumıniyada inşaat olunacaq yeni magistral yollarında bu məntəqələrin şəbəkəsinin artırılmasında maraqlı olduğunu bildirmişdir. O, şirkətin Türkiyədəki “Petkim” neft-kimya kompleksi və Rumıniyanın “Oltchim” kimya kombinatı ilə birgə layihələri reallaşdırmağın mümkünlüyündən bəhs etmişdir.

AGRİ layihəsindən danışan Natiq Əliyev texniki-iqtisadi əsaslanmanın nəticələrinə uyğun olaraq qərarın qəbul ediləcəyini bildirmişdir. O, rumın tərəfinin verdiyi təklifləri Rumıniya-Azərbaycan ticari-iqtisadi əlaqələr və elmi texniki əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya daxilində müzakirə ediləcəyini demişdir. Rumıniya və Azərbaycan maşınqayırma zavodları arasında əlaqələrin yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılmışdır.

Görüş iştirakçılarını salamlayan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Rumıniya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin hazırkı vəziyyətinə toxunmuşdur. Bildirmişdir ki, artıq Rumıniyanın yüksək oktanlı benzini Azərbaycanda satışdadır. O, ARDNŞ-in Rumıniyada dövriyyəsinin 270 milyon avro təşkil etdiyini və yeni yanacaq doldurma məntəqələrinin açılması üçün investisiyaların davam etdirilməsinin planlaşdırıldığını diqqətə çatdırmışdır.

R.Abdullayev sıxılmış təbii qazın (CNG) satışında Gürcüstan və Azərbaycanda yüksək nəticələr əldə olunmasını bildirmiş və bu qazın gələcəkdə ARDNŞ-in Rumıniyada fəaliyyət göstərən yanacaq doldurma məntəqələrində tətbiq edilməsinin mümkünlüyünü nəzərə çatdırmışdır. Bildirmişdir ki, ARDNŞ-in emal üzrə vitse-prezidenti Davud Məmmədov və şirkətin “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev ötən ilin dekabrında Rumıniyaya səfərləri çərçivəsində “Oltchim” müəssisəsi ilə yaxından tanış olmuşlar. O, “Oltchim” , “Petkim” və “Azərikimya” kombinatlarının əməkdaşlığının mümkün olduğunu və üç müəssisə arasında sinergetika potensialının zəruriliyini vurğulamışdır.

AGRİ layihəsi barədə danışan R.Abdullayev layihənin texniki-iqtisadi əsaslanmanın nəticələrindən asılı olaraq gələcək fəaliyyətinin müəyyən olunacağını demişdir.

Həmin gün Azərbaycan nümayəndə heyətinin Rumıniyanın Baş naziri Viktor Ponta ilə görüşü olmuşdur.

Görüşdə iki dövlət arasında strateji tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirilmiş, investisiya layihələri ətrafında müzakirələr aparılmış, “Oltchim” kimya kombinatı, AGRİ layihəsi, rumın şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin Rumıniyada investisiya layihələrində iştirak etmələrinin mümkünlüyü bildirilmişdir.

Baş nazir ARDNŞ-in Rumıniyadakı fəaliyyətini yüksək qiymətləndirərək ölkəsinin əməkdaşlıq üçün tam açıq olduğunu diqqətə çatdırmışdır. V.Ponta Rumıniyanın Avropa İttifaqının üzvü kimi Azərbaycanın Türkiyə ilə birgə regionda həyata keçirmək istədiyi bütün enerji layihələrinə və ölkəmizin Rumıniyada bütün yatırımlarına dəstək verməyə hazır olduğunu diqqətə çatdırmışdır.

Azərbaycan tərəfi Baş nazirə xoş sözlərə görə təşəkkür edərək, əməkdaşlığın bütün istiqamətləri üzrə fəaliyyətini davam etdirəcəyini bildirmişdir.

Görüşdən sonra nümayəndə heyəti ARDNŞ-in Rumıniya Nümayəndəliyinin qərargahına gələrək ofislə və Buxarestdə “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi ilə tanış olmuşlar.

Səfər Rumıniyanın KİV-lərində geniş işıqlandırılmışdır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Azərbaycan nümayəndə heyəti Rumıniyada görüşlər keçirmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib