İQTİSADİYYAT


Azərbaycan onlayn ticarətin inkişafına görə dünyada 65-ci yerdədir

Bakı, 17 fevral, AZƏRTAC

Azərbaycan onlayn ticarətin inkişafına görə 152 ölkə arasında 60 ballıq göstərici ilə 65-ci yerdə qərarlaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) “Business-to-Consumer (B2C) E-Commerce Index 2020” illik hesabatında deyilir.

MDB ölkələri arasında ən yüksək mövqelərdə Belarus (35-ci yer), Rusiya (41-ci yer), Ukrayna (51-ci yer), Moldova (53-cü yer) və Qazaxıstan (60-cı yer) qərarlaşıb. Qonşu ölkələrə gəldikdə isə, İran reytinqdə 44-cü, Gürcüstan 47-ci, Ermənistan isə 84-cü yerdədir.

UNCTAD sözügedən indeksi qiymətləndirmə prosesində təhlükəsiz internet serverlərinə əlçatanlığı, poçt xidmətləri və infrastrukturunun etibarlığını, əhalinin internetdən istifadə edən və maliyyə təşkilatları və ya mobil pul xidmətinin təminatçılarında hesabı olan payını nəzərə alır.

Dünyada onlayn ticarətə ən çox hazır olan və bu sahəni ən çox inkişaf etdirmiş ölkə İsveçrədir. Siyahıda ikinci yerdə Niderland, üçüncü yerdə isə Danimarka qərarlaşıb. Reytinqin son pillələrində Burundi, Çad və Niger yer alıb.

Qeyd edək ki, Azərbaycan 2019-cu ilin hesabatında 62-ci pillədə qərarlaşmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.