MƏDƏNİYYƏT


Azərbaycan rejissorunun filmi Moskva Beynəlxalq Kino Festivalının proqramına daxil edilib

Moskva, 21 sentyabr, AZƏRTAC

Azərbaycan rejissorunun filmi Moskva Beynəlxalq Kino Festivalının əsas proqramına daxil edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan rejissoru İsmayıl Səfərlinin “Balıqçı qızı” filmi 42-ci Moskva Beynəlxalq Kino Festivalının əsas proqramına daxil edilib. Festival oktyabrın 1-dən 8-dək keçiriləcək. “Cinex (Azərbaycan) və “Non-stop prodakşn “(Rusiya) kino şirkətlərinin birgə çəkdiyi film Abşeronda balıqçı kəndinin həyatından bəhs edir. Film ilk dəfə Rusiyanın “Kinotavr” kinofestivalında nümayiş etdirilib.

Festivalda Rusiya, İsrail, Rumıniya, Qazaxıstan, Koreya Respublikası, Braziliya, Hindistan, Böyük Britaniya kinorejissorlarının əsərləri də təqdim olunacaq.

Türk rejissoru Erdem Tepegözün “Kölgədə” filmi də festivalın əsas proqramına daxil edilmiş əsərlər sırasındadır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.