MƏDƏNİYYƏT


Azərbaycan rəssamlarının əsərləri Tbilisidə keçirilən sərgidə nümayiş etdirilir

Tbilisi, 17 may, AZƏRTAC

Mayın 17-də Gürcüstan paytaxtında Tbilisi incəsənət sərgisi (Tbilisi Art Fair) açılıb.

Sərgidə Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələri - Azərbaycan SSRİ-nin Xalq rəssamları Xalidə Səfərova, Maral Rəhmanzadə və Böyükağa Mirzəzadənin 15-ə yaxın əsəri nümayiş etdirilir.

Azərbaycan rəssamlarının əl işləri maraqla qarşılanıb.

“Qız qalası” rəsm qalereyasının direktoru Fuad Hüseynov AZƏRTAC-a müsahibəsində deyib: “Biz ilk dəfədir ki, Tbilisidə keçirilən sərgidə iştirak edirik. Bu gün sərgini ziyarət edənlərin Azərbaycan rəssamlarının əsərlərinə böyük marağı var və bu, bizi çox sevindirir. Biz gələcəkdə təşkil olunacaq bu cür sərgilərdə daha çox rəssamımızın əsərlərini təqdim edəcəyik”.

Məlumat üçün qeyd edək ki, sərgidə müxtəlif ölkələrdən 33 qalereya və 38 rəssam iştirak edir. İştirakçı ölkələr arasında Azərbaycanla yanaşı, Gürcüstan, Fransa, İtaliya, Bolqarıstan, Serbiya, İsveçrə, Avstriya, Çin, ABŞ, Kuba, Belçika, Almaniya, İspaniya, Portuqaliya və Litva da var.

Sərgi mayın 19-dək davam edəcək.

Tədbir Gürcüstan hökuməti və Tbilisi meriyasının dəstəyi ilə keçirilir.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.