İQTİSADİYYAT
Azərbaycan sahibkarları Krasnoqorsda Aqro-Sənaye Süd Forumunda iştiraka dəvət olunurlar
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, noyabrın 26-27-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “VI Beynəlxalq Aqro-Sənaye Süd Forumu” keçiriləcək. Tədbir Moskva vilayətinin hökuməti tərəfindən Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə təşkil olunur.
Forum süd məhsulları bazarı, biznes və sənaye ilə bağlı ən aktual mövzuların ənənəvi müzakirə olunduğu nüfuzlu platformadır. Məqsəd süd sənayesinin inkişaf perspektivləri və problemlərinin müzakirəsi, investisiya layihələrinin təqdimatı və beynəlxalq əlaqələrin inkişafıdır. Forum çərçivəsində Rusiya ilə xarici şirkətlərin süd məhsulları və süd sənayesi üçün avadanlıqların sərgisi təşkil ediləcək.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları forumda iştiraka dəvət olunurlar.