ELM VƏ TƏHSİL
“Azərbaycan sikkəsi milli dövlətçiliyimizin rəmzi kimi” kitab-albomu çapa hazırlanıb
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, professor Əli Rəcəbli “Azərbaycan sikkəsi milli dövlətçiliyimizin rəmzi kimi” kitab-albomunu çapa hazırlayıb.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, kitab-albom muzeyin zəngin numizmatik kolleksiyası və digər muzey kolleksiyalarının nadir numizmatik artefaktları əsasında ərsəyə gəlib. Nəşrdə Azərbaycan sikkəsinin tarixi mənbə kimi çoxəsrlik dövlətçiliyimizin ən mühüm atributlarından biri olduğu qeyd edilib. Eyni zamanda, kitab-albomda 2500 il ərzində zərb olunmuş və kəsilmiş bütün Azərbaycan pullarının nümunələri öz əksini tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [17:46]
Azərbaycan Texniki Universitetində Novruz festivalı keçirilib
- 19.03.2024 [17:42]
Əqli Mülkiyyət Agentliyində Novruz bayramı münasibətilə tədbir keçirilib
- 19.03.2024 [16:33]
DİM: 31 dövlət orqanında 83 vakant vəzifə daxili müsahibəyə çıxarılıb
- 19.03.2024 [16:28]
BDU-nun Astrofizika kafedrası Novruz bayramının astronomik izahını verib
- 19.03.2024 [16:14]
“Türk dünyasının ortaq mirası Novruz” - Folklor İnstitutunda sərgi-tədbir
- 19.03.2024 [16:08]
LAMOST ulduzunun Volf-Raye fenomeni göstərdiyi məlum olub
- 19.03.2024 [15:59]