İQTİSADİYYAT


“Azərbaycan startapları üçün Türkiyə ekosisteminin dinamikaları” adlı vebinar keçiriləcək

“Azərbaycan startapları üçün Türkiyə ekosisteminin dinamikaları” adlı vebinar keçiriləcək

Bakı, 22 aprel, AZƏRTAC

Aprelin 29-da Azərbaycan İnnovasiyalar Agentliyi və “Startup Grind Baku” platformasının təşkilatçılığı ilə “Azərbaycan startapları üçün Türkiyə ekosisteminin dinamikaları” adlı onlayn tədbir keçiriləcək.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan startapları üçün son zamanlar Türkiyə ekosisteminin dinamikaları çox maraqlıdır və bir neçə startap artıq bu istiqamətdə çalışmağa da başlayıb. “Daha düzgün və dəqiq istiqamətləri təyin etmək üçün “StartupCentrum” platformasının həmtəsisçisi Nizamettin Sami Harputlu sizlərə öz məsləhətlərini verəcək”, - deyə məlumatda qeyd olunur.

Vebinarda “StartupCentrum” və onun gəlirləri, Türkiyədə sahibkarlıq sahələri, investisiya komponentləri, investorun yanaşma tərzi, Türkiyədə startup sənayesində dəstək alanlar (dövlət və ya özəl sektorda), inkubasiya, sürətləndirmə mərkəzləri mövzularında məlumat veriləcək, müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.