Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini unutmur və heç vaxt unutmayacaq

Dekabrın 12-də ölkəmizdə keçirilən izdihamlı anım mərasimlərinin iştirakçıları AZƏRTAC-ın müxbirləri ilə müsahibələrində bu dahi şəxsiyyət haqqında ürək sözlərini dilə gətiriblər 

Bakı, 12 dekabr, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar dekabrın 12-də səhər saatlarından başlayaraq, insanlar axın-axın Fəxri xiyabana gəlib, Ümummilli Liderin məzarı önündən keçiblər. Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğlunun xatirəsinə ehtiramını parlaq təcəssüm etdirir, ümummilli lider Heydər Əliyevə ümumxalq məhəbbətinin tükənməz və əbədi olduğunu göstərirdi.

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər arasında Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, geniş ictimaiyyətin nümayəndələri – nazirliklərin, dövlət komitələrinin kollektivləri, mədəniyyət, təhsil, tibb müəssisələrinin işçiləri, müharibə və əmək veteranları, hərbçilər, idmançılar, müəllimlər, tələbələr, şagirdlər, hər yaşda olan insanlar vardı.

AZƏRTAC-ın müxbirləri anım mərasimlərində iştirak edən insanlardan müsahibələr alıblar. Onların hər biri müasir tariximizdə silinməz iz qoymuş bu böyük insan haqqında ürək sözlərini dilə gətirib, Ümummilli Liderin parlaq xatirəsinin yaddaşlarda daim yaşayacağına əminliyini bildirib.

Müsahibələri təqdim edirik:

  Sədaqət Vəliyeva (Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı) deyib: Ümummilli lider Heydər Əliyevin böyük səyləri, Vətənə və xalqa məhəbbəti, yüksək təşkilatçılıq bacarığı bütün dövrlərdə bəhrəsini verib. Bir zamanlar keçmiş Sovetlər İttifaqının geridə qalmış aqrar respublikası olan Azərbaycan ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi qabaqcıl bir respublikaya çevrilmişdi.
Bu, deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişi Azərbaycanda milli intibahın başlanğıc tarixidir.

Ulu Öndərin hakimiyyəti dövründə respublikamızın ictimai, siyasi, iqtisadi, mədəni, mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanılıb. Bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan Heydər Əliyev hələ bundan sonra onilliklər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb. Ümummilli Lider hazırda aparıcı dünya dövlətlərinin hesablaşdığı respublikamızın hərtərəfli inkişafının əsasını qoyub. Ulu öndər Heydər Əliyevin ideyaları hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilir, yeni-yeni uğurlara yol açır.

 

 

Erkan Özoral (Türkiyənin Azərbaycandakı səfiri): Heydər Əliyev türk dünyasının ən böyük liderlərindən biridir. O, Azərbaycanın böyük lideri olmaqla yanaşı, bu ölkənin qurucusudur. Heydər Əliyev Azərbaycanın hələ Sovet İttifaqının tərkibində olduğu vaxtlardan öz ölkəsinin gələcəyini qurmağa başlamışdı. O, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da ən çətin günlərdə ölkəsinə sahib çıxaraq bugünkü səviyyəyə gətirən bir liderdir.

  Namiq Abdullayev (Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu): Ulu Öndər idmanın inkişafına, idmançılara daim qayğı ilə yanaşır və onların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atırdı. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bütün dünyaya nümunə ola biləcək idman siyasəti bu gün onun layiqli varisi olan Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilir.
Hazırda Azərbaycanın hər yerində müasir tələblərə cavab verən infrastruktur yaradılıb. Olimpiya İdman kompleksləri tikilib. Bu uzaqgörən siyasətin nəticəsidir ki, Azərbaycan idmanı beynəlxalq arenada layiqincə təmsil olunur, ölkəmiz irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətindən birinə çevrilib. Qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız möhtəşəm qələbələrə imza atıblar. Azərbaycanın Olimpiya Oyunlarında qazandıqları möhtəşəm nailiyyətlər bu siyasətin real nəticələridir. Fəxr edirik ki, bu qələbələrdə güləşçilərimizin də xüsusi payı var.

 
 
Nəzərbəy Hacıağayev (Türkiyənin Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən FONO qurumunun baş təhsil məsləhətçisi): Ulu öndər Heydər Əliyevin təhsil sahəsində əvəzsiz xidmətləri olub. Ölkəmizin, xalqımızın gələcəyini düşünən bu dahi şəxsiyyət gənclərə hər zaman böyük diqqət və qayğı ilə yanaşırdı. Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərliyinin bütün dövrlərində sağlam, yüksək bilikli, dövlətə sahib dura biləcək gənc nəslin yetişməsinə çalışırdı.
Ulu Öndər Azərbaycanın gələcəyinin gənclərlə bağlı olduğunu dönə-dönə vurğulayırdı. Ona görə də biz təhsil işçilərinin vəzifəsi gənc nəslin təlim-tərbiyəsini yüksək səviyyədə təşkil etmək, dahi şəxsiyyətin arzuladığı gəncliyin formalaşmasına nail olmaqdır.
 
  Vasib Əliyev (Ali Məhkəmənin əməkdaşı): Ulu öndər Heydər Əliyev Azərbaycanda müasir hüquq sisteminin əsaslarını qoyub. Onun rəhbərliyi ilə həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində bu gün Аzərbаycаnda mütərəqqi və dünyəvi dəyərlərə uyğun islаhаtlаr аpаrılıb. Dеmоkrаtik, hüquqi dövlət qurulub, dönməz və dаyаnıqlı ictimаi-siyаsi sаbitlik şəraitində qаnunun аliliyinə və insаn hüquq və аzаdlıqlаrınа rеal təminаt vеrən vətəndаş cəmiyyəti fоrmаlаşıb.
Ulu öndər Heydər Əliyevin qurub yaratdığı və əbədilik qazandırdığı gənc müstəqil Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafı sürətləndikcə ölkəmizdə yaşayan hər bir vətəndaşın hüquq və azadlıqları daha yüksək səviyyədə qorunur. Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ümumiyyətlə, həyatın bütün sahələrində köklü, hüquqi islahatların aparılması Ulu Öndərin adı ilə bağlıdır. Demokratik, hüquqi dövlət quruculuğu və onun əsas tərkib hissəsi olan məhkəmə-hüquq islahatları Heydər Əliyev siyasi kursunun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
 
 
Ağaxan Salmanlı (Xalq Artisti): Heydər Əliyev mədəniyyət və incəsənət xadimlərinin yaradıcılığına xüsusi diqqət yetirərdi. Azərbaycanın incəsənəti, ədəbiyyatı, musiqisi, tarixi və arxitektura abidələri əsrlər boyu humanizm, gözəllik və mənəvi dəyərlərin rəmzləri olub. Bu dəyərlər əbədidir. Xalqın mədəni irsini toplayıb qorumuş şəxslərin adları insanların xatirəsində daim yaşayacaq. Heydər Əliyev azərbaycanlılar üçün məhz belə şəxsiyyətlərdəndir. Mədəniyyətimiz dahi liderin ideyalarından güc alır.
Azərbaycan incəsənətinin inkişafına nail olmaq üçün Heydər Əliyev şairlərin, yazıçıların, bəstəkarların, kino və teatr xadimlərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsinə böyük əhəmiyyət verirdi. Ümummilli lider Heydər Əliyevin ideyaları xalqımızın rifahına xidmət edir. Heydər Əliyev müqayisəedilməz xidmətləri sayəsində əbədiyaşarlıq qazanıb və heç zaman unudulmayacaq. 
 
  Məzahir Novruzov (Qarabağ müharibəsi əlili): Ulu öndər Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də yüksək həssaslıqla yanaşır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görürdü. Ulu öndər Heydər Əliyev həmişə deyirdi ki, Qarabağ əlilləri, veteranları Azərbaycanın ən layiqli övladlarıdır, onlar hər zaman cəmiyyətdə dərin hörmət və ehtirama layiqdirlər. Dövlətimiz həmişə əlilə, şəhid ailəsinə arxa, həyan olub.

Biz də bu diqqət və qayğını düzgün qiymətləndirməli, gücümüz çatan işlərdən yapışmalıyıq. Azərbaycanın əldə etdiyi bütün uğurlara görə hər birimiz Ümummilli Liderə borcluyuq. Heydər Əliyev hər zaman qəlbimizdədir və Azərbaycan yaşadıqca, o da yaşayacaq.

X X X

Ulu Öndərin xatirəsi Vətənini sevən, damarından azərbaycanlı qanı axan hər kəs üçün əziz və müqəddəsdir. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş böyük oğlunu ötən 14 il ərzində bir an belə unutmayıb.

Bu gün təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində, həmçinin xarici ölkələrdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimləri keçirilib.

Regionlarda keçirilən anım mərasimlərinin iştirakçıları AZƏRTAC-ın bölgə müxbirləri ilə söhbətlərində Ulu Öndərin Vətəni və xalqı qarşısında misilsiz xidmətlərini xatırladıb, bununla bağlı fikirlərini bölüşüblər. 

  Yavuşva Simanduyev (Quba rayonundakı Qırmızı qəsəbədəki İsak Xanukov adına 1 saylı məktəbin direktoru): Qubada yaşayan dağ yəhudiləri dünya şöhrətli siyasi xadim ümummilli lider Heydər Əliyevin əziz xatirəsini qəlblərində yaşadır, onu daim ehtiramla anırlar. Təbii ki, bu, səbəbsiz deyil. Biz dağ yəhudiləri uzun illərdir Qırmızı qəsəbədə azərbaycanlılarla birlikdə sülh və əmin-amanlıq şəraitində yaşayırıq. Azərbaycandakı tolerant mühitdən çox məmnunuq.
Bu tolerantlıq, dini dözümlülük dövlətimizin, Prezidentimizin apardığı siyasətin nəticəsidir. Bu siyasətin əsasını Ulu Öndərimiz qoyub. Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir.

Məktəbimizdə azərbaycanlılar, yəhudilər, ləzgilər, xınalıqlılar, ruslar və başqa xalqların nümayəndələri birlikdə təhsil alırlar. Müəllimlərimiz arasında da xeyli sayda dağ yəhudiləri var. İbtidai siniflərdə ivrit dili dərsləri tədris olunur. Bu, Azərbaycandakı tolerant mühitin göstəricisidir. Belə mənzərəyə başqa ölkələrdə nadir hallarda rast gəlinir. Bütün bunlara ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində nail olunub.

 
  Mətləb Həziyev (Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd sakini, Qarabağ müharibəsi veteranı): Yaxşı yadımdadır, Heydər Əliyev tez-tez cəbhə xəttinə gəlir, əsgərlərlə görüşürdü. Bu, bizi ruhlandırır, düşmən üzərində qələbəyə inam yaradırdı. Təsadüfi deyildi ki, öz Ali Baş Komandanına güvənən Azərbaycan Ordusu 1994-cü ilin əvvəllərində bir sıra əraziləri işğaldan azad edə bildi. Mən uğurlu Horadiz əməliyyatının iştirakçılarından biriyəm.
O vaxt tank bölüyündə taqım komandiri idim. Horadiz əməliyyatı zamanı qısa müddətdə 22 yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini düşməndən azad etdik. Biz keçmiş döyüşçülər Ulu Öndərin xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayırıq.

Ötən ilin aprelində Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyinin işğaldan azad olunması Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də təmin etdi. Prezident İlham Əliyevin Sərəncamı ilə Cocuq Mərcanlı qısa müddətdə bərpa edildi və 23 ildən sonra insanlar öz doğma torpaqlarına qayıtdılar.

 
 

Elman Cəfərli (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru): 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında deputatların təkidi, xahişi və parlament binası önündə mitinq keçirən xalq kütlələrinin qəti tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ulu öndər Heydər Əliyev Naxçıvanı erməni təcavüzündən qorudu.
Ermənistan tərəfindən blokadaya alınan muxtar respublikanın müdafiəsi, sosial-iqtisadi və ictimai-siyasi vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir çox mühüm addımlar atıldı.

Bu çətin və gərgin dövrdə Azərbaycanda müstəqil dövlət quruculuğunu həyata keçirə biləcək ümummilli siyasi qüvvənin - Yeni Azərbaycan Partiyasının (YAP) təməli də Heydər Əliyev tərəfindən qoyuldu. 1992-ci il noyabrın 21-də Ulu Öndər partiyanın Naxçıvan şəhərində keçirilən təsis konfransında yekdilliklə YAP-ın Sədri seçildi. Bu partiya müstəqil dövlət quruculuğu konsepsiyasını uğurla reallaşdırmasında Ümummilli Liderimizin əsas siyasi istinadgahı oldu. Böyük öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə gördüyü misilsiz işlər xalqın yaddaşından heç vaxt silinməyəcək.

X X X

Fəxri xiyabana səhər saatlarından başlayan insan axını axşamadək davam etdi. Ziyarətçilər buraya həm də sonsuz qürur hissi və sarsılmaz inamla gəlirdilər. Çünki Azərbaycan Heydər Əliyev ideyalarının işığında sürətli inkişaf yolu keçib, dünyada söz və nüfuz sahibinə çevrilib. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmiz yeni–yeni qələbələrə imza atır, müstəqilliyimiz daha da möhkəmlənir, ictimai-siyasi sabitlik qətiyyətlə qorunub saxlanılır.

Dekabrın 12-də Fəxri xiyabanda yaşanan bu izdiham, bölgələrdəki anım tədbirləri bir daha göstərdi ki, xalqımızın Heydər Əliyevə olan sevgisi əbədi və sönməzdir. Ulu Öndər bu gün mənən xalqı ilə birlikdədir, onun parlaq ideyaları təkcə bu günümüzün deyil, gələcəyimizin də qarantıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər YENİLƏNƏCƏK VİDEO

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub