İQTİSADİYYAT


Azərbaycana gələcək ukraynalı sahibkar qadınlarla görüş keçirilib

Kiyev, 7 fevral, AZƏRTAC

Azərbaycanda kifayət qədər qadın sahibkar var və onlarla birgə layihələrin keçirilməsi üçün ölkədə münbit şərait mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu fikri ukraynalı sahibkar qadınlarla görüşdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib.

Səfir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda xarici investorların fəaliyyəti üçün münbit şərait yaradılıb: “Azərbaycanda digər sahələrdə olduğu kimi biznes sahəsində də gender bərabərliyi mövcuddur. Bu baxımdan ukraynalı sahibkar qadınlar Azərbaycana rahat investisiya yatıra bilərlər”.

Ukraynalı sahibkar qadınlar isə artıq iki dəfə Azərbaycanda “SHE” beynəlxalq qadın konqresinin keçirildiyini vurğulayaraq belə bir növbəti tədbirin martın 6-da Bakıda təşkil olunacağını deyiblər. Bu konqresdə Azərbaycan və Ukrayna ilə yanaşı, digər ölkələrin sahibkar qadınlarının iştirakı da gözlənilir. Konqresdə sahibkar qadınların həyata keçirdiyi uğurlu layihələr müzakirə olunacaq.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.