CƏMİYYƏT


Azərbaycanda ana südü ilə qidalanma səviyyəsi aşağıdır

Bakı, 3 avqust, AZƏRTAC

"Azərbaycanda ana südü ilə qidalanma səviyyəsi aşağıdır”.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov nazirliyin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı deyib.

“Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) dəstəyi ilə Azərbaycanın müxtəlif regionlarında monitorinqlər keçirilib. Təəssüflər olsun ki, monitorinqin nəticələri ana südü ilə qidalanmanın istənilən səviyyədə olmadığını göstərib. Lakin uşaq dünyaya gətirən analar bilməlidir ki, doğum sonrası depressiya riski südverən analarda çox aşağı olur, eyni zamanda südvermə zamanı ifraz olunan hormon sayəsində uşaqlığın yığılması sürətlənir. Ümumiyyətlə süd vermək ananın sağlamlığı üçün çox vacibdir.

Bəzən analar südünün az olmasından şikayətlənir. Lakin körpələrin mədəsi çox kiçikdir. Hətta 10 milliqram ana südü uşaq üçün olduqca faydalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.