İQTİSADİYYAT


Azərbaycanda ilk dəfə “Dijital Qadın Festivalı” keçiriləcək

Azərbaycanda ilk dəfə “Dijital Qadın Festivalı” keçiriləcək

Bakı, 8 aprel, AZƏRTAC

Mayın 6-dan 8-dək Azərbaycanda ilk dəfə onlayn “Dijital Qadın Festivalı” keçiriləcək.

AZƏRTAC xəbər verir ki, festivalda qadınların məlumatlandırılması, ilhamlandırılması üçün karyera, təhsil, sağlamlıq, gözəllik, mətbəx və sair mövzular barədə tanınmış peşəkar mütəxəssislərin canlı çıxışı, eyni zamanda, yoqa, fitness, zumba təlimləri baş tutacaq.

Əlavə olaraq, saytda müxtəlif marka məhsullarının və əl işlərinin satışı onlayn həyata keçiriləcək. Günün sonunda isə tanınmış və sevilən ifaçılar da festivalda çıxış edəcəklər.

Festival mayın 6-8-də onlayn platforma olan “qadinfest.az” saytında baş tutacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.