CƏMİYYƏT


Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Azərbaycanda 63 min 462 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 min 542, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 min 920 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 106 min 885, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 652 min 121, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 454 min 764 nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.