CƏMİYYƏT


Azərbaycanda itkin sayılan soydaşımız Ukraynadan Vətənə yola salınıb

Kiyev, 14 may, AZƏRTAC

Azərbaycanda itkin sayılan soydaşımız Ukraynadan Vətənə yola salınıb. AZƏRTAC xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədr müavini Murad Cəfərov mətbuata açıqlamasında bildirib ki, 25 il bundan əvvəl Azərbaycanı tərk edərək Ukraynaya gedən və bir daha geri qayıtmayan Yusif Nağıyev Vətənə yola salınıb.

Murad Cəfərovun sözlərinə görə, Yusif Nağıyev ötən illər ərzində Azərbaycanda itkin sayılırdı.

“Bu gün diasporumuzun aktiv fəaliyyəti nəticəsində Yusif Nağıyev Vətənə dönüb. Mariupl şəhərindəki diaspor fəalımız Ayxan Hacıbəyliyə UABD-nin rəhbərliyi adından təşəkkürümüzü bildiririk. Onun sayəsində Yusif Nağıyevin vətəndaşlıq sənədləri bərpa olundu, qohumları tapıldı”, - deyə UABD-nin sədr müavini bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.