CƏMİYYƏT


Azərbaycanda koronavirusa 1809 yeni yoluxma faktı qeydə alınıb

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2191 nəfər müalicə olunaraq sağalıb, 1809 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 309 min 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 274 min 766 nəfər müalicə olunaraq sağalıb, 4307 nəfər vəfat edib. Aktiv xəstə sayı 30716 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 164 min 974 test aparılıb. Bugünkü test sayı isə 11097-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.