Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanda məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilib YENİLƏNİB 2

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də “Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, müzakirələrdə Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev, ədliyyə nazirinin müavini Azər Cəfərov, Ali Məhkəmənin səlahiyyətli nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib ki, "Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı ölkəmizin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi məqsədi daşıyır. İslahatlar davam edir və yeni iqtisadi formasiyaya keçid bu islahatların daha dərin aparılmasını zəruri edir.

O qeyd edib ki, dövlətimizin başçısının imzaladığı bu Fərman isə formalaşdırılmış məhkəmə-hüquq sisteminin daha da təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, ən mütərəqqi beynəlxalq təcrübənin tətbiqini nəzərdə tutur. ASK sədri Fərmanda Azərbaycanda sahibkarların şikayətlərinin daha çevik həll edilməsi, qərarların icrasının daha sürətli həyata keçirilməsi üçün özəl icra qurumunun yaradılmasının nəzərdə tutulduğunu qeyd edib. Eyni zamanda, elektron məhkəmə sisteminin əhatə dairəsinin genişləndirilməsi, məhkəmə işlərinə baxılmasında elektron resurslardan istifadənin səviyyəsinin yüksəlməsi, elektron imzanın tətbiqi sahələrinin artırılması məsələlərinin əksini tapdığı vurğulanıb. Bildirilib ki, bununla yanaşı, vergi, gömrük, sosial sığorta ödənişləri üzrə ixtisaslaşmış məhkəmələrin, sahibkarlıq subyektləri ilə bağlı məhkəmə mübahisələri üzrə alternativ həll mexanizmlərinin - arbitraj, mediasiya institutlarının tətbiqi mübahisələrin həllində çevikliyinin artırılması təmin olunacaq. Nəticədə proseslərin müddətinin uzadılmasının qarşısı alınacaq və şikayətlərə baxılma müddətləri azalacaq. Hazırda məhkəmələrin iş yükü çoxdur və yeni alternativ mexanizm və ixtisaslaşmış məhkəmələrin yaradılması bu iş yükünün azalması və daha qısa müddətdə, ixtisaslaşmış hakimlər tərəfindən baxılmasına imkan verəcək. Sabit məhkəmə praktikasının formalaşdırılması isə hüquq sisteminə inamın güclənməsinə səbəb olacaq.

M.Musayev qeyd edib ki, Fərmanda Azərbaycan Sahibkarlar Konfederasiyasına tövsiyə edilmiş məsələlərlə bağlı sahibkarlardan, hüquqşünaslardan ibarət işçi qrup yaradılıb. Fərmanın icrası ilə əlaqədar Ədliyyə Nazirliyi yanında yaradılmış işçi qrupda da Azərbaycan Sahibkarlar Konfederasiyası da təmsil olunur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov çıxışında bu müzakirələrin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aparıldığını bildirək deyib: “Hesab edirik ki, ictimai müzakirələr Fərmanın səmərəli həyata keçirilməsinə dəstək olacaq və belə müzakirələr bundan sonra da davam etdiriləcək. Dövlət orqanları ilə sahibkarların münasibətlərinin institusionallaşması nəzərdə tutulur. 2019-cu ildə bir sıra islahatlar aparıldı və Vergi Məcəlləsindəki dəyişiklik növbəti addım üçün zəmin yaratdı. Növbəti addım isə məhkəmə-hüquq sistemində islahatların aparılmasıdır”.

Gələn il Rəqabət Məcəlləsinin qəbulunun da paket məsələlər sırasına daxil edildiyini vurğulayan G.Kərimov mübahisələrin alternativ həll variantlarının yaradılmasının sahibkarlığın inkişafına kömək məqsədi daşıdığını bildirib. Birinci vitse-prezidentin köməkçisi 6 mindən çox üzvü olan Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində Mediasiya Məktəbinin yaradılmasını təklif edib, yerli arbitraj məhkəmələrinin fəaliyyətə başlamasının məhkəmələrin iş yükünü azaldacağını vurğulayıb.

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev bildirib ki, bu gün Azərbaycanda bütün sahələrdə islahatlar davam etdirilir. Azərbaycanda məhkəmə-hüquq sahəsində yeniliklərlə bağlı müvafiq Fərman imzalanıb. Prezident İlham Əliyevin məhkəmə islahatları ilə bağlı imzaladığı Fərmanda əsas istiqamətlərdən biri məhz sahibkarlığın inkişafına şərait yaratmaqdır. Son dövrlərdə həyata keçirilən islahatlar bunu deməyə əsas verir ki, məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var.

Bildirilib ki, Fərmanın əsas məqsədi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi, ədalət mühakiməsinə əlçatanlığın təmin olunması, məhkəmələrin nüfuzunun artırılmasıdır. Fərmanda hər bir sahə üzrə konkret tapşırıqlar verilib. Belə ki, cinayət mühakiməsi icraatı istiqamətində qanunvericiliyin humanistləşdirilməsinin davam etdirilməsi, prokurorluq və vəkilliklə bağlı konkret tapşırıqlar müəyyənləşdirilib.

Ədliyyə nazirin müavini Azər Cəfərov deyib ki, müzakirələrin əsasını təşkil edən həmin Fərman bilavasitə məhkəmə-hüquq sisteminin islahatı ilə bağlı olsa da, o, həm də bir sıra əlaqəli sahələrdə fəaliyyətin optimallaşmasına, özəl sektorun daha rahat fəaliyyət göstərə bilməsinə yönəlib.

Nazir müavini bildirib ki, sahibkarlıq fəaliyyətinə əlverişli şəraitin yaradılması daim dövlətimizin diqqət mərkəzindədir. Son vaxtlar kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, investisiya cəlbediciliyinin artırılması üçün xeyli işlər görülüb, bu sahədə qanunvericilik, dövlət dəstəyi mexanizmləri təkmilləşdirilib, idxal-ixrac, vergi, gömrük prosedurları sadələşdirilib. Bu yeniliklər “Doing Business”in sonuncu hesabatında nəzərə alınıb və ölkəmizin mövqeləri xeyli yaxşılaşıb. Hazırda Azərbaycan ən islahatçı 10 dövlət sırasındadır. Proses bununla səngiməyib, əksinə, daha intensiv qaydada davam edir. Dövlətimizin başçısının Sərəncamı ilə yaradılmış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Xüsusi Komissiya, Komissiyanın tərkibində fəaliyyət göstərən 18 işçi qrup tərəfindən mövcud təcrübə və qanunvericilik həmin məqsədlər baxımından əsaslı şəkildə təhlil olunub, mütərəqqi və məhkəməyə çıxışı asanlaşdıran təkliflər hazırlanıb.

Azər Cəfərov bildirib ki, bütün bu işlərin davamı olaraq Fərman, özəl sektor üçün də maraq kəsb edən bir sıra əlavə mühüm tədbirlər müəyyənləşdirib. Bununla yanaşı, Fərmanda verilmiş digər tapşırıqlara uyğun olaraq icra və məhkəmə ekspertizası fəaliyyətinin alternativ, o cümlədən özəl qurumlar tərəfindən həyata keçirilməsinə dair ən yaxşı və ölkəmiz üçün daha münasib təcrübə barədə təkliflər də hazırlanacaq. Bütün bunlar, özəl sektorun məhkəməyə əlçatanlığını xeyli asanlaşdıracaq.

Tədbirdə “Sahibkarların qanuni maraqlarının qorunması və məhkəmə hüquq islahatları” mövzusunda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin mühüm mandatlarından birinin də kiçik və orta biznes (KOB) subyektlərinin qanuni maraqlarının müdafiəsi olduğunu, bunun qurumun digər istiqamətlər üzrə fəaliyyətinin səmərəliliyinə birbaşa təsir etdiyini vurğulayıb. Bildirib ki, ötən illər ərzində məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar məhkəmə institutunun möhkəmləndirilməsində əhəmiyyətli nəticələrlə müşayiət edilib. Dövlətimizin başçısının Fərmanında da qeyd edildiyi kimi, ölkənin davamlı inkişafının təmin edilməsi istiqamətində bütün sahələrdə reallaşdırılan islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Bu baxımdan “Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi” barədə Fərmanda əksini tapmış tədbirlər ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına və bunun nəticəsi olaraq, ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına xidmət göstərəcək əhəmiyyətli məsələləri əhatə edir.

Orxan Məmmədov Fərmanda qeyd edilən məsələlərin sahibkarların hüquqlarının qorunması, KOB subyektlərinin problemlərinin həlli baxımından əhəmiyyətini diqqətə çatdırıb, hakimlərin sahibkarlıqla bağlı biliklərinin artırılmasına və bu sahədə Agentliyin təlim sisteminin potensialından istifadə imkanlarına, sahibkarlar üçün vahid məhkəmə təcrübəsi barədə maarifləndirici tədbirlərin keçirilməsinə, məhkəmə sistemində elektron kargüzarlığa keçidə, məhkəmə qərarlarının məzmununun sadələşdirilməsinə dair təkliflərini səsləndirib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, Azərbaycanda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, sahibkarların hüquqlarının müdafiəsinin təmin olunması, biznes və investisiya mühitinin mükəmməl təşkili ilə bağlı dövlətimizin başçısının strateji qərarlarının icrası nəticəsində böyük nailiyyətlər əldə olunub.

Ali Məhkəmənin hakimi Xəqani Məmmədov vahid məhkəmə təcrübəsinin formalaşdırılması, ASK-nın baş katibinin müavini Xəqan Hümmətzadə sahibkarlıqla bağlı mübahisələrin həll edilməsi mexanizmlərinin səmərəliliyinin artırılması, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev məhkəmə qərarlarının icrasının alternativ mexanizmləri, Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə işçi qrupunun rəhbəri, hakim Ramin Qurbanov “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemləri barədə təqdimatlarla çıxış ediblər.

Sonra özəl sektor nümayəndələri ilə açıq sual-cavab sessiyası keçirilib, sahibkarları maraqlandıran məsələlər barədə müzakirələr aparılıb.

Qeyd edək ki, 2019-cu il aprelinə olan məlumata görə, Azərbaycanda 996 min 296 sahibkarlıq subyekti fəaliyyət göstərir. Onlardan 133 min 541-i müəssisə və 862 min 755-i isə fərdi sahibkarlıq subyektidir. Azərbaycanda qeydiyyatda olan müəssisələrin 90,9 faizi və ya 121 min 336-sı xüsusi müəssisələrdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

Növbəti köç karvanı Füzuliyə çatıb

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb