İQTİSADİYYAT


Azərbaycanda qadınların İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər keçiriləcək

Bakı, 26 aprel, AZƏRTAC

UNESCO-nun və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmli Qızlar (“Digital Girls”) – Milli Təlim Proqramı” adlı sosial layihəyə başlanılır.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi genderarası rəqəmli fərqliliyin azaldılması, qadınların İKT bacarıqlarının inkişaf etdirilməsi və onların şəxsi inkişafının dəstəklənməsidir. Layihə çərçivəsində 300 qadın İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin təlimçiləri tərəfindən keçirilən rəqəmli biliklər üzrə 3 günlük təlimlərdə iştirak edəcək.

Təlimlərdə xanımlara kompüter texnologiyaları ilə yanaşı, şəxsi inkişaf bacarıqları və bu bacarıqları tətbiq etməklə uğur qazanmağın yolları öyrədiləcək. Eyni zamanda, qızlar İKT sahəsində uğurlu karyera qurmaq imkanları ilə tanış olacaqlar. Təlimlər Bakı ilə yanaşı, ölkəmizin digər 5 şəhərində təşkil ediləcək.

“Digital Girls” – Milli Təlim Proqramı”nın miqyasının genişləndirilməsi və daha çox qızın təlimlərə qoşulmaq imkanlarının artırılması məqsədilə digər təşkilatların da layihədə iştirakı mümkün olacaq. Layihənin 1 il müddətini əhatə etməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.