İQTİSADİYYAT


Azərbaycandan keçməklə Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb

Bakı, 14 iyun, AZƏRTAC

İlk dəfə olaraq Gürcüstanın Poti limanından Özbəkistanın paytaxtı Daşkəndə konteyner blok qatarı yola salınıb. Qatarın “Poti-Daşkənd” marşrutu üzrə operatorları Gürcüstanın “GR Logistics and Terminals”, Azərbaycanın “ADY Konteyner” MMC, Türkmənistanın TULM və Özbəkistanın “Ozbektemiryolekspeditsiya” şirkətləridir.

“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan ərazisindən keçəcək qatar hər biri 40 futluq olmaqla 58 konteynerdən ibarətdir. Qatarla Mərkəzi Asiyaya Avropa İttifaqı ərazisində istehsal olunmuş alüminium tərkibli sənaye məhsulları daşınır.

Konteynerlər Bakı limanına çatdıqdan sonra operatoru “ADY konteyner” şirkəti olan fider gəmisi vasitəsilə Türkmənbaşı limanına göndəriləcək. Daha sonra qatar Türkmənistan və Özbəkistan dəmir yolları vasitəsilə yoluna davam edəcək.

Bu layihə üzrə ümumilikdə 200 ədəd konteyner daşınacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.