SİYASƏT
Azərbaycanın ABŞ-dakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə keçirilir VİDEO
Vaşinqton, 11 aprel, AZƏRTAC
Azərbaycanın ABŞ-dakı səfirliyində yaradılmış seçki məntəqəsində yerli vaxtla saat 08:00-da səsvermə başlayıb.
Səfirlikdə Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində 31 saylı seçki məntəqəsi yaradılıb.
Səsvermənin yüksək səviyyədə təşkili məqsədilə səfirlik tərəfindən bütün lazımi hazırlıq işləri görülüb. ABŞ-da daimi yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan, 18 yaşı tamam olmuş və konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşları səsvermədə iştirak edəcəklər.
Səsvermə tam azad və şəffaf şəraitdə keçirilir. İndiyədək heç bir qanun pozuntusu aşkarlanmayıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton