SİYASƏT


Azərbaycanın Baş Naziri Əli Əsədov Mixail Mişustini Rusiya Federasiyası Hökumətinin Sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Mixail Vladimiroviç, Rusiya Federasiyası Hökumətinin Sədri vəzifəsinə təyin olunmağınız münasibətilə səmimi təbriklərimi qəbul edin. Möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Azərbaycan–Rusiya münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur. Əminəm ki, biz birgə səylərimizlə ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsini, qarşılıqlı faydalı ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişlənməsini təmin edəcəyik. Azərbaycan ölkələrimizin dost xalqları naminə bütün sahələrdə Rusiya ilə konstruktiv dialoqun davam edəcəyinə ümid bəsləyir”.

Baş Nazir Əli Əsədov Mixail Mişustinə möhkəm cansağlığı, rifah və məsul fəaliyyətində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.