SİYASƏT


Azərbaycanın Baş prokuroru: Ermənistanın kriminal hərbi-siyasi rejimi müharibə qanunlarını pozur

Azərbaycanın Baş prokuroru: Ermənistanın kriminal hərbi-siyasi rejimi müharibə qanunlarını pozur

Bakı, 5 oktyabr, AZƏRTAC

Dağlıq Qarabağdakı qondarma rejimin “rəhbəri” Araik Arutunyan və digərlərinin cəzalandırılması üçün lazımi addımlar həyata keçirilir. Düşmən mülki şəxsləri hədəfə almaqla döyüş meydanındakı uğursuzluqlarına don geyindirmək istəyir. Onların məqsədi Azərbaycanın dinc əhalisini qorxutmaqdır. Lakin sizi əmin edirəm ki, bunların heç biri alınmayacaq.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev oktyabrın 5–də təşkil olunan brifinqdə deyib.

Baş prokuror bildirib ki, toqquşmalar artıq yeni fazaya keçib. Ermənistanın kriminal hərbi-siyasi rejimi müharibə aparmağın bütün qaydalarını pozaraq çox təhlükəli addımlar atır. Dünən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Ermənistan ordusunun artilleriya atəşinə məruz qalıb. Mülki əhaliyə külli miqdarda ziyan dəyib. Düşmən bu təhlükəli addımı bu gün də davam etdirib. Ermənistanın və qondarma “rejim”in rəhbərliyinin göstərişi ilə Mingəçevir şəhəri də düşmənin hücumuna məruz qalıb. Azərbaycan Ordusunun peşəkarlığı sayəsində bu addımların qarşısı alınıb.

Abşeron və Xızı rayonlarının da Ermənistan ordusu tərəfindən raket zərbələrinə məruz qaldığını vurğulayan Baş prokuror deyib ki, qondarma “rejim”in rəhbəri Araik Arutunyan Azərbaycana qarşı bu addımları ilə fəxr edir, bu barədə sosial şəbəkə hesablarında paylaşım edir. Cinayətkar rejim müharibə qaydalarını pozur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.