SİYASƏT
Azərbaycanın Braziliyadakı səfiri Qoyas Katolik Universitetində ölkəmizin regionda roluna dair mühazirə oxuyub
Bakı, 10 sentyabr, AZƏRTAC
Sentyabrın 9-da Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov bu ölkənin Qoyas ştatına səfəri çərçivəsində Qoyas Katolik Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin müəllim və tələbə heyətinə Azərbaycan və onun regionda roluna dair mühazirə oxuyub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, ölkəmizin keçdiyi uğurlu yol, ölkə rəhbərliyi tərəfindən aparılan islahatlar, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, xüsusilə cəbhə xəttində iyul hadisələri zamanı ermənilər tərəfindən törədilən təxribatlar, mövcud Azərbaycan – Braziliya münasibətləri haqqında ətraflı məlumatlar mühazirədə iştirak edən 100-dən artıq iştirakçının diqqətinə çatdırılıb. Sonda iştirakçılara məlumat materialları ilə yanaşı, sertifikatlar təqdim edilib.
Qeyd dək ki, bu tədbir universitetdə oktyabr – noyabr aylarında nəzərdə tutulan mühazirələr silsiləsinin ilk hissəsidir.