MƏDƏNİYYƏT
Azərbaycanın xalq artisti Polşada musiqi festivalında çıxış edəcək VİDEO
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 17- də xalq artisti Alim Qasımov və sənətkarın qızı əməkdar artist Fərqanə Qasımova Polşaya yola düşəcək.
Bu barədə AZƏRTAC-a xalq artistinin mətbuat xidmətinin rəhbəri Səadət Möhübbətova məlumat verib.
Onun sözlərinə görə iyulun 18-də sənətkarlar Polşada keçiriləcək "Jarocin 2015" musiqi festivalında çıxış edəcəklər. Festival çərçivəsində muğam ifaçılarımızın Polşanın "Vovo" musiqi qrupu ilə birgə çıxışı və müxtəlif musiqi nömrələrinin səsləndirilməsi planlaşdırılır. "Vovo" qrupunun iki mahnısını duet şəkilində oxuyan xanəndəmizin ifası qrupun son diskində yer alıb. Bu səbəbdən qrupun solistləri "Jarocin 2015" festivalı ərəfəsində Alim Qasımovla bu mahnıları canlı ifa etmək istəyiblər. İfa zamanı həmvətənlərimizi polşalı qrup müşayiət edəcək.
Qeyd edək ki, Alim Qasımovun növbəti konsert proqramı avqust ayında Malayziyada reallaşacaq.