SİYASƏT
Azərbaycanın xarici işlər naziri ABŞ-a işgüzar səfər edib
Bakı, 22 sentyabr (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Məclisinin 69-cu sessiyasında iştirak etmək məqsədilə ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Elmar Məmmədyarovun BMT Baş Məclisinin 69-cu sessiyasında iştirakı və sessiyanın ümumi müzakirələr hissəsində çıxışı nəzərdə tutulub. Eyni zamanda, nazirin BMT-nin müxtəlif məsələlərə həsr olunmuş iclaslarında iştirakı, ikitərəfli və çoxtərəfli görüşləri gözlənilir.