SİYASƏT
Azərbaycanın xarici işlər naziri İsveçrənin dövlət katibi ilə görüşüb
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə İsveçrənin dövlət katibi Livia Leu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviter hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə Azərbaycanla İsveçrə arasında ikitərəfli və regional əməkdaşlığa dair məhsuldar müzakirələr aparılıb.
“Mən həmkarımı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüş barədə məlumatlandırdım. İsveçrə tərəfinə qonaqpərvərliyə və görüşün yaxşı təşkilinə görə minnətdarlığımı bildirirəm”, - deyə paylaşımda qeyd edilib.