İDMAN


Azərbaycanlı bodibilderlər Sevilyada qızıl medal qazanıblar

Bakı, 5 oktyabr, AZƏRTAC

İspaniyanın Sevilya şəhərində keçirilən "Arnold Classic" turnirində azərbaycanlı bodibilder Rasim Həsənov qızıl medal qazanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tanınmış kinoaktyor və bodibilder Arnold Şvartsneqerin himayəsi altında keçirilən nüfuzlu yarışda dünyanın hər yerindən – Qvatemaladan Hindistana, Omandan Salvadora qədər ölkələri əhatə edən “dəmir adam”lar iştirak ediblər. “Muscular Men’s physique” kateqoriyasının mütləq qalibi olan Rasim Həsənov bütün rəqiblərindən güclü olub.

“Arnold Classis” turnirində Rasim Həsənovla yanaşı, milli komandamızın digər üzvü Əliyulla Abbaszadə də qızıl medal qazanıb. Beləliklə, bodibilderlərimiz Sevilyadakı turnirdə Azərbaycan idman tarixinin yeni səhifəsini qızıl hərflərlə yazıblar.

Qeyd edək ki, 2021-ci il Rasim Həsənov üçün uğurla başlayıb. 32 yaşlı atletimiz may ayında İspaniyanın Santa Susanna şəhərində keçirilən bodibildinq üzrə Avropa çempionatının qalibi olub. Hazırda isə noyabr ayında həmin şəhərdə təşkil olunacaq bodibildinq üzrə dünya çempionatında iştirak etməyə hazırlaşır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.