İDMAN


Azərbaycanlı boksçu dünya birinciliyində erməni idmançını məğlub edib

Bakı, 14 aprel, AZƏRTAC

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.

AZƏRTAC xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin üzvü Əli Zamanov (52 kq) ilk döyüşünü keçirib. Bu döyüşdə Avropa çempionumuz ermənistanlı Ruben Qarboyanla (Ermənistan) üz-üzə gəlib. Ə.Zamanov rəqibini 3:0 (28:28, 29:27, 29:27, 29:27, 28:28) hesabı ilə məğlub edib. O, səkkizdəbir finalda ilk mərhələdən azad olan tailandlı Tanakon Aonyaemlə qarşılaşacaq. Görüş aprelin 15-də baş tutacaq.

Qeyd edək ki, yığmamız 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyində 9 idmançı ilə təmsil olunur. Yarış aprelin 23-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.