CƏMİYYƏT


Azərbaycanlı həkim-neonatoloq beynəlxalq elmi konqresdə sertifikata layiq görülüb

Bakı, 8 aprel, AZƏRTAC

Türkiyənin Antalya şəhərində Türk Neonatoloji Dərnəyi tərəfindən “UNEKO 27” beynəlxalq konqresi keçirilib. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı da konqresdə iştirak edib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konqres çərçivəsində yenidoğulmuş körpələrə qulluq və onların xəstəliklərinın yeni invaziv müalicə metodlarına dair kurslar təşkil olunub.

Ölkəmizi təmsil edən həkim-neonatoloq “Yenidoğulmuşlarda neyromonitorizasiya” kursunda aktiv iştirak edərək sertifikata layiq görülüb.

Konfransda Səhiyyə Nazirliyinin tibbi yardım təşkili şöbəsinin müdir müavini Nərgiz Şərifova da iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.