MƏDƏNİYYƏT


Azərbaycanlı iştirakçıların “Qaval rəqsi” alqışlarla qarşılanıb VİDEO

Riqa, 22 oktyabr, AZƏRTAC

Riqada “Hər şey Latviya üçün” adlı rəqs müsabiqəsi keçirilib.

Latviyanın müstəqilliyinin 100 illiyinə həsr olunmuş müsabiqədə bu ölkədə yaşayan xalqların nümayəndələri milli rəqsləri ilə çıxış edirlər.

AZƏRTAC xəbər verir ki, Riqada yaşayan azərbaycanlı həmvətənlərimizin “Çinar” rəqs ansamblı da müsabiqəyə qatılan 600 qrup arasında fərqlənərək finala yüksəlib.

“Çinar” rəqs qrupunda çıxış edən Ayla Cəfərova, Əminə Mahmudova və Emiliya Mahmudova “Sarı gəlin” rəqsi ilə finala çıxan 44 qrupun arasındadır.

Oktyabrın 22-də Riqa VEF Mədəniyyət Mərkəzində keçirilən finalda azərbaycanlı balacalar “Qaval rəqsi” ilə bir daha münsiflər heyətinin qarşısına çıxıblar. Milli geyimli iştirakçıların rəqsi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Bu il repertuar seçilərkən iştirakçılara Latviyanın müstəqilliyinin 100 illiyindən ilhamlanmaq tövsiyə olunub. Tədbirdə Riqa Dumasının, meriyanın nümayəndələri və mədəniyyət işçiləri də iştirak ediblər.

Latviyada yaşayan müxtəlif xalqların nümayəndələrinin iştirak etdiyi müsabiqə artıq üçüncü ildir ki, keçirilir. Məqsəd xalqlararası mədəniyyətlərin vəhdəti, onların Latviya tərkibində milli mənsubiyyətinin dərk edilməsi, həmçinin bu ölkəyə olan bağlılıqlarının gücləndirilməsidir. Builki tədbir Riqa Şəhər Meriyası tərəfindən Riqa Dumasının təhsil, mədəniyyət və idman departamentinin dəstəyi ilə həyata keçirilib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.