İQTİSADİYYAT


Azercell” şirkəti “CEBİT-Bilişim-2014” konfransında yeni texnologiyalarını nümayiş etdirir

Bakı, 12 sentyabr (AZƏRTAC). “Azercell Telekom” MMC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi ilə birgə İstanbulda keçirilən “CEBİT Bilişim-2014” konfransında ölkəmizi təmsil edir.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, sərgidə nümayiş olunan yeniliklərdən biri M2M texnologiyası əsasında yaradılan xidmətlərdir. M2M müxtəlif məişət və sənaye sahələrində məlumatların toplanmasını və mobil rabitə vasitəsilə istifadəçiyə dərhal göndərilməsinə imkan verir. Bu texnologiyalar bank, nəqliyyat, təhlükəsizlik, neft-qaz sənayesi, kommunal xidmətlər və digər sahələrdə tətbiq olunur. Bununla yanaşı, sərgidə “Asan imza” (mobil imza) xidməti də nümayiş etdirilir.

Avrasiya ölkələrinin böyük və əhəmiyyətli tədbirlərindən olan “CEBİT Bilişim-2014” qlobal konfransı sentyabrın 14-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.