İQTİSADİYYAT


“Azərkosmos” “iSAT Africa” şirkəti ilə əməkdaşlığa başlayıb

Bakı, 15 avqust, AZƏRTAC

“Azərkosmos” ASC Afrika və Yaxın Şərq regionunda korporativ yayım, video və data xidmətləri təmin edən “iSAT Africa” şirkəti ilə əməkdaşlığa başlayıb.

ASC-dən AZƏRTAC-a bildirilib ki, əməkdaşlığa əsasən “iSAT Africa” şirkəti Afrikanın müxtəlif bölgələrində telekommunikasiyaya artan tələbatı “Azerscpace-2” peykinin resursları vasitəsilə təmin edəcək. “iSAT Africa” “Azerspace-2” peykinin imkanlarından istifadə etməklə Afrika regionunun 90 faizinə data xidmətləri ilə yanaşı, müxtəlif yerüstü peyk həlləri də təqdim edəcək.

“iSAT Africa” şirkəti ilə əməkdaşlığımızı fəal inkişaf etdirmək niyyətindəyik. Bu əməkdaşlıq bizə “Azerspace-2” peykinin imkanlarının Afrikanın ən ucqar ərazilərində də istifadə etməyə fürsət verəcək”, – deyə “Azərkosmos”un baş kommersiya direktoru Mark Qusriye deyib.

“Azərkosmos” ilə tərəfdaşlıq statusumuz hazırkı pandemiya dövründə peyk xidmətləri üzrə mürəkkəb layihələrimizi uğurla həyata keçirəcəyimizə zəmanət verir. Biz Afrikanın hər bir nöqtəsindən müraciət edən müştərilərimizə çevik və operativ xidmət təqdim edə biləcəyik”, – deyə “iSAT Africa” şirkətinin Biznesin inkişafı üzrə direktoru Stenli Ayittah qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.