İQTİSADİYYAT


“Azertexnolayn” ilk dəfə HDPE borularının İtaliyaya ixracına başlayıb

Bakı, 17 may, AZƏRTAC

Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “Azertexnolayn” MMC istehsal etdiyi məhsulların ixrac coğrafiyasını genişləndirir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azertexnolayn” MMC ilk dəfə olaraq HDPE borularının (təzyiqli su boruları) İtaliyaya ixracına başlayıb.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ilk rezidenti olan “Azertexnolayn” MMC 2013-cü ildə istehsal fəaliyyətinə başlayıb. Sənaye Parkında “Azertexnolayn” MMC-nin 3 zavodu – polad boru, polietilen məmulatları və texniki avadanlıqlar zavodları fəaliyyət göstərir. “Azertexnolayn” MMC-də qabaqcıl texnologiyalar əsasında müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir. İstehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, əsasən MDB və region ölkələrinə ixrac edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.