Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

BAKIDA SƏRBƏST GÜLƏŞ ÜZRƏ 45-Cİ AVROPA ÇEMPİONATININ TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

Mayın 2-də Bakı İdman-Konsert Kompleksində sərbəst güləş üzrə 45-ci Avropa çempionatının təntənəli açılış mərasimi olmuşdur. 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev təntənəli mərasimdə iştirak etmişdir. Minlərlə tamaşaçı və qonaqlar dövlətimizin başçısını hərarətlə, sürəkli alqışlarla qarşıladılar.

Ölkəmizin paytaxtında ilk dəfə keçirilən, Avropanın 25 ölkəsindən onlarla idmançının iştirak etdiyi bu çempionatda güləşçilər öz qüvvələrini yeddi çəki dərəcəsində sınayacaqlar. Azərbaycan idmançıları tam heyətdə mübarizə aparırlar. Üç gün davam edəcək bu mötəbər yarışın məhz respublikamızda keçirilməsi Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının, ölkəmizdə yaradılmış sabitliyin və əmin-amanlığın təzahürüdür. Bu mühüm amili Avropa çempionatında iştirak etmək üçün Bakıya gəlmiş qonaqlar da yüksək qiymətləndirmişlər.

Çempionatda iştirak edən bütün ölkələrin dövlət bayraqları ilə bəzədilmiş kompleksdə Azərbaycan Prezidentini və bütün yarış iştirakçılarını salamlayan transparantlar asılmışdı.

Azərbaycan, Almaniya, Belarus, Bolqarıstan, Estoniya, Fransa, Gürcüstan, Hollandiya, İngiltərə, İsrail, İspaniya, İsveçrə, İtaliya, Latviya, Litva, Macarıstan, Makedoniya, Moldova, Polşa, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna və Yunanıstan idmançıları musiqi sədaları altında meydançaya daxil oldular.

Azərbaycan Prezidenti Heydər Əliyevin Avropa çempionatının iştirakçılarına təbriki oxundu.

Mərasimi Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev açdı.

AZƏRBAYCAN MOK-UN PREZİDENTİ,

MİLLİ MƏCLİSİN DEPUTATI İLHAM ƏLİYEVİN

Ç I X I Ş I

- Möhtərəm cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar!

Əziz idmançılar!

Bu gün Azərbaycanın idman tarixində çox əlamətdar bir gündür. Bu gün Bakıda sərbəst güləş üzrə Avropa Çempionatı keçirilir. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm.

Azərbaycan Milli Olimpiya Komitəsi və ölkəmizin bütün idman ictimaiyyəti adından Beynəlxalq Güləş Federasiyasına öz təşəkkürümü bildirirəm ki, onlar bu çempionatın Bakıda keçirilməsi haqqında qərar verdilər, bu idman bayramını bizə bəxş etdilər.

Azərbaycanda güləş milli idman növüdür. Ən məşhur idman növüdür. Bütün dövrlərdə bizim çox güclü güləşçilərimiz olmuşdur və indi də var. Onlar müxtəlif beynəlxalq yarışlarda böyük uğurlar, böyük qələbələr qazanmışlar. Ən parlaq qələbəni Sidney Olimpiya oyunlarında bizim görkəmli idmançımız Namiq Abdullayev qazanmışdır. Namiq Abdullayev bu gün buradadır və mən xahiş edərdim ki, hamımız onu salamlayaq və o gözəl, unudulmaz qələbəsi münasibətilə onu və bütün Azərbaycan xalqını bir daha təbrik edək.

Azərbaycanda idman sürətlə və hərtərəfli inkişaf edir. Bizim idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, Avropa, dünya birinciliklərində, olimpiya oyunlarında uğurla çıxış edir, Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırırlar.

Dövlət tərəfindən də idmana böyük qayğı və diqqət var. Cənab Prezident idmana, onun inkişafına, idmançılara daim böyük qayğı və diqqət göstərir. Bizim bütün qələbələrimiz məhz bu qayğı və diqqət nəticəsində mümkün olmuşdur.

İndi Azərbaycanda idmanla məşğul olmaq üçün hər cür şərait yaradılıbdır. Azərbaycanın müxtəlif bölgələrində yeni, müasir idman kompleksləri tikilir. Bu, möhtəşəm idman sarayında da bir müddət bundan əvvəl təmir işləri aparılmışdır və indi bu kompleks ən yüksək dünya standartlarına cavab verir və Avropa çempionatı kimi mötəbər yarış burada keçirilir.

Əziz dostlar, mən çempionatın açılışı münasibətilə sizi bir daha təbrik edirəm, idmançılara uğurlar, qələbələr arzulayıram. Sağ olun.

X X X

Sonra söz Avropa Sərbəst və Yunan-Roma Güləşi Federasiyasının Prezidenti cənab Tsen Tsenova verildi. 

AVROPA SƏRBƏST VƏ YUNAN-ROMA GÜLƏŞİ

FEDERASİYASININ PREZİDENTİ TSEN TSENOVUN

Ç I X I Ş I

-Zati-aliləri, hörmətli cənab Prezident Heydər Əliyev!

Hörmətli Federasiya Prezidenti!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Bakıda sərbəst güləş üzrə Avropa çempionatının təşkilinə görə Azərbaycanı və onun paytaxtını Beynəlxalq Güləş Federasiyasının prezidenti, idarə heyəti və Avropa Federasiyası adından təbrik edirəm.

Bu gün Bakı Avropanın güləş mərkəzi olmaq hüququnu qazanması sərbəst güləş üzrə ən yaxşı idmançıların yetişdirilməsi, bu ölkədə milli güləşin ənənələri ilə bağlıdır.

Bakıda keçirilən sərbəst güləş üzrə 45-ci Avropa çepionatının təşkilinə görə Azərbaycan Güləş Federasiyasına, bu çempionatın təşkilat komitəsinə və Milli Olimpiya Komitəsinə minnətdarlığımı bildirirəm. Beynəlxalq və Avropa güləş federasiyaları Azərbaycan hökumətinin yarış iştirakçılarına çıxış üçün əla şərait yaratdığını yüksək qiymətləndirir. İnanırıq ki, bu çempionat bizim qitəmizdə böyük idman bayramına çevriləcəkdir. Arzu edir və inanırıq ki, Azərbaycan sərbəst güləş üzrə keçiriləcək növbəti Avropa və dünya çempionatlarının yeni təşkilatçısı olacaqdır.

Çempionatın iştirakçılarına yaxşı çıxış etməyi və qalib gəlməyi arzu edirəm. Arzu edirəm ki, yüksək göstəricilər nümayiş etdirən idmançılar qalib gəlsinlər. Hamıya müvəffəqiyyət arzulayıram. Təşəkkür edirəm.

X X X

Sonra Azərbaycan Güləş Federasiyasının prezidenti, çempionatın təşkilat komitəsinin sədri, baş nazirin birinci müavini Abbas Abbasov çıxış etdi. 

AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASININ

PREZİDENTİ ABBAS ABBASOVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli qonaqlar, dostlar!

Hörmətli xanımlar və cənablar!

İcazə verin, Təşkilat komitəsi adından Azərbaycan Respublikasının Güləş Federasiyası adından bütün idmançılarımızı, idmansevərlərimizi Bakıda sərbəst güləş üzrə 45-ci Avropa çempionatının keçirilməsi münasibətilə təbrik edim, hamıya uğurlar arzulayım.

Azərbaycan Respublikasında bu çempionatın keçirilməsinə qərar verən Beynəlxalq Güləş Federasiyasının nümayəndələrinə səmimi qəlbdən minnətdarlığımı və təşəkkürümü bildirirəm. Belə mötəbər idman yarışının Azərbaycanda keçirilməsi son illər respublikamızda əldə olunmuş ictimai-siyasi sabitliyin nəticəsidir.

Bir həftə bundan öncə Milli Olimpiya Komitəsinin prezidenti hörmətli İlham Əliyevin tapşırığı ilə mən və Azərbaycanın gənclər, idman və turizm naziri Əbülfəz Qarayev İsveçrədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Jak Roqq ilə görüşdük. Bu görüş zamanı cənab Jak Roqq bizə dedi ki, son zamanlar Azərbaycan Respublikasında milli olimpiya hərəkatının vüsəti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin təşəbbüsü ilə respublikamızın bölgələrində inşa edilən yeni idman kompleksləri nəinki Azərbaycanın Avropada təmsil olunmasına imkan yaradır, hətta Azərbaycanın idman sahəsində dünya miqyasında yüksək səviyyəli ölkələrin sırasında dayanmasını göstərir. Milli Olimpiya Komitəsinin rəhbərliyi altında bütün idman növlərinin inkişafı, idmançılara olan yüksək qayğı və diqqət, onlara lazımi şəraitin yaradılması bir daha göstərir ki, Azərbaycan idmançıları, o cümlədən sərbəst və yunan-roma güləşi üzrə pəhləvanlar yüksək nailiyyətlər, qələbələr əldə edəcəklər.

Azərbaycanda gənclərin bədən tərbiyəsi və idmanla məşğul olmasına göstərilən qayğıya görə ölkəmizin Prezidenti möhtərəm cənab Heydər Əliyevə respublika federasiyası adından dərin minnətdarlığımı bildirirəm. Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevə təşəkkürümü bildirirəm.

Bütün idmançılarımızı təbrik etməklə yanaşı, çox sevinirəm ki, belə mötəbər yarış Azərbaycanda keçirilir. Yarış iştirakçılarına uğurlar arzulayıram.

X X X

Sonra sərbəst güləş üzrə 45-ci Avropa çempionatı açıq elan edildi.

Azərbaycanın dövlət himni əzəmətlə səsləndi.

Milli güləş fəndlərini nümayiş etdirən pəhləvanlarımızın, Dövlət Rəqs Ansamblı üzvlərinin, incəsənət ustalarının çıxışları İdman-Konsert Kompleksinə toplaşan minlərlə tamaşaçılar, idmansevərlər tərəfindən alqışlarla qarşılandı, güləşçilərimizi qələbələrə ruhlandırdı.

Təntənəli açılış mərasimi başa çatdıqdan sonra 55, 66 və 84 kiloqram çəki dərəcəsində yarışan idmançılar mübarizəni davam etdirdilər. Həmin çəki dərəcələrində respublikamızın şərəfini Nazim Əlicanov (55 kq), Elman Əsgərov (66 kq), Fuad Qarayev (84 kq) qoruyurdular. N.Əlicanov və E.Əsgərov keçirdikləri hər üç görüşdə qələbə qazandılar. F.Qarayev isə Belarus idmançısına uduzduqdan sonra mübarizəni dayandırmalı oldu.

X X X

Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, parlament sədrinin və baş nazirin müavinləri, nazirlər, komitə, şirkət rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və digər rəsmi şəxslər çempionatın açılış mərasimində iştirak edirdilər. 

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

Növbəti köç karvanı Füzuliyə çatıb

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib